beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir dəfə
Bir dəfə

Bir dəfə mən ağrıyırdım,
Dərman atdım, Sərvaz udqundu.
Elə bil yerimə dərmam uddu.
Ağrım toxtamadı, qacdım,
Sərvaz məndən qabaq yüyürdü.
Sərvaz tutmuşdu ağrımın əllərindən
Rəngsiz, bozumtul
Payız kimi həyacanlı ağrımın.

Alnım qan-tərə batmış,
Bax, o qarışqayla
Üz-üzə, göz-gözə
Uzanmağa az qalmış.

Üzündən, gözündən öpəydim, ay qarışqa!
Qanşqa, ay qanşqa!

Baxsaydılar bənizimə,
Dovşan gözlərimə,
Rəngsiz ayaqqabıma,
Ah, necə yaşamaq kecir könlümdən!

Sərvaz volakardin qoxulu
Validol medallı,
Pencəyimi soyundurdu.
Qoyduq başımızın altda,
Uzandıq skamyaya.
Baxdıq birinci dəfə
Göyə, günəşə, aya,
Yerə, ota, qanşqaya.
Taxtadan saman qoxusu gəlirdi,
Adamlar gəlib kecirdi yanımızdan.
Sərvaz dedi:
Hərdən belə olmağımız catmır.


Tarix: 04.06.2015 / 17:09 Müəllif: Aziza Baxılıb: 100 Bölmə: Qəşəm Nəcəfzadə