beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Amerika
Amerika

Haradan - hara gəldin
haradan hara çıxdın, Amerika dayı.
Bəlkə neft kəsək səninlə, oturaq
Bir azca neft vuraq.

Rusiya qardaşdan yaxşı dayısan
Hərdən mintiqimizi özün eləyirsən
sağ ol.
Iraqdan gəlmisən
Üst- başın toz-torpaqlıdı,
Otur əlindən gülləni təmizləyək
Otur ətəyindən patronu tökək.
Iraq parca-parca ağlındadı
Gəl səni Iraqdan təmizləyək,
Sən yaxşı dayısan, Amerika dayı.

Israili şallaq kimi yelləmə
Bir ucu qayıdıb gözünə dəyər.
Bilirsənmi sənin qadanı alım
Şallağın səsinə şərq oyanar.
Sən yaxşı dayısan, Amerika dayı.

Topunun lülləsindən öpək
Güllənin dadına baxaq.
Tankının ağırlığını çəkək,
Təyyarəni göyümüzdə oturdaq.
BMT- nə qurban olaq,
ATƏT- nə quzu kəsək.
Səninlə Təbriz kəsək,
Təbrizi dizinin üstə olanın
gözündən Vaşinkton gələr.

Bircə nöqsanın var, Amerika dayı
Adın bayatıya gəlmir.
Bayatı bilirsənmi nədi,
Amerika dayı,
Bayatı eşitmisənmi?


Tarix: 04.06.2015 / 17:08 Müəllif: Aziza Baxılıb: 133 Bölmə: Qəşəm Nəcəfzadə