beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Borc.....
Borc.....

Kartofu da borc aldım.
Kartofsatana dərs demişdim.
Kartofsatan baxdı mənə
Istədi deyə, ay müəllim,
O "üç" nə idi, vermişdin?

Tez yavaşca sürüşdüm...
Bazardan balıq alırdı,
Borclu olduğum kişi.

Araqlarm yanından kecəndə
Istədim icəm,
Hec kəs mənə baş qoşamasm.

Almasatan söz atdı mənə,
Yadıma oğlumun dişləri düşdü.
Qurd yemişdi,
Almanın həsrətindən.
Alma da qurdlamışdı,
Oğlumun həsrətindən.

Alma qızarmışdı bahalığndan,
Almasatan yox,
1 manat da pulum yox.
Bazar sinif otağıydı.
Bu ehtiyac bazarında,
Şagirdlərim müəllim ıdi,
Mənsə şagird.

Allah bu qəmi kəssin,
Bu şeri mənə yazdırdı.


Tarix: 04.06.2015 / 17:09 Müəllif: Aziza Baxılıb: 168 Bölmə: Qəşəm Nəcəfzadə