beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elametlere inanırsınızmı [test]

Pis elametlerden qorxursunuz? Her birimiz heyatımıza müdaxile ede bilecek pis elametlerin olduğunu düşünürük. Amma ele adamlar var ki, pis elametlere ümumiyyetle inanmır ve qorxmurlar. Bes siz nece? Pis elametlerden ne derecede ehtiyat edirsiniz? Testimizden keçerek bu suallara cavab tapacaqsınız.

1. Yolunuzdan qara pişik keçerse, ne edersiniz?
A. Yoluma davam ederem
B. Evvelce yolu başqa adamın keçmesini gözleyerem
C. Dönüb başqa istiqametde gederem

2. 666 nömre nişanlı avtobusa minersiniz?
A.Elbette
B.Eger başqa çıxış yolum olmasa, he
C.Heç vaxt, axı bu şeytan reqemidir

3. Eger evinizde kimse dünyasını deyişse, ilk növbede ne edersiniz?
A.Yaxınlıqdakı mescide apararam
B.Bütün tanışlara xeber vererem
C.Evdeki güzgüleri ağ parça ile örterem

4. Boş vedre aparan qadın qarşınıza çıxsa, ne edersiniz?
A.Ona kömek lazım olub-olmadığını soruşaram
B.Xeyalen vedrenin içine tüpürerem
C.Fikirleşerem ki, başlayacağım yeni iş alınmayacaq

5. 2 merasim - toy ve yas - birden çıxsa, ne edersiniz?
A.Teeccüblenerem ve bu haqda tanışlarıma danışaram
B.Gelinle beye göre çox qorxaram
C.Başa düşerem ki, bu menim üçün bir işaredir

6. "13" nömreli menzil ve ya otel otağında rahat yaşaya bilersiniz?
A.Problemsiz
B.Bu böyük çatışmazlıqdır, hetta evde bütün şerait olsa bele
C.Heç vaxt, yaxşısı it daxmasında yaşayaram

7. Dostunuzla sağollaşan zaman elleriniz çarpazlaşarsa, ne fikirleşersiniz?
A.Heç ne
B.Ona yaxın vaxtlarda zeng etmeliyem
C.Biz onunla bir daha görüşmeyeceyik

8. Rehmete geden neneniz yuxunuza gelerek sizi özü ile getmeye çağırarsa, yuxudan ayılarken ne edersiniz?
A.Düşünerem ki, onun qebrini ziyaret etmeliyem
B.Bunun sadece yuxu olduğunu düşünerem
C.Ölümle bağlı fikirlere dalaram

9. Dişleri bir-birinden aralı olan insanın rehberliyi altında işleye bilersiniz?
A.Elbette, eger o, yaxşı işgüzar keyfiyyetlere malikdirse
B.Hevesle işlemerem, estetik nöyteyi-nezerden
C.Xeyr, onsuz da bu işbirliyinden yaxşı heç ne alınmayacaq

Neticeleri hesablayaq
Her "A" cavabına göre 1 xal, "B" cavabına göre 2 xal, "C" cavabına göre ise 3 xal verin.

9-14 xal: Sıx mövhumatçı deyilsiniz, elametlere az inanırsınız, ona göre de onlar heyatınıza tesir ede bilmir. Belke de siz yaxşı müşahideçi deyilsiniz.

15-22 xal: Yeqin ki, heyata keçen elametlerin şahidi olmusunuz. Ona göre de onlara ikiterefli münasibet besleyirsiniz - istenilen halda nece hereket etmek lazım olduğu haqqında düzgün melumat toplamağa çalışırsınız. Bilin, vaxt gelecek, bunlar lazımınız olacaq.

23-27 xal: Düşünmek olar ki, bütün pis elametler sizin heyatınızı korlamaq üçündür. Nezere alın ki, heddinden artıq bedgümanlıq onların tesirini artırır. Ona göre de emosiyalarınızla diqqetli olun.


Tarix: 05.03.2013 / 16:03 Müəllif: [Ram] Baxılıb: 829 Bölmə: Psixoloji Testler