beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadinlarin ugur qazanmagi test

Sirr deyil ki, hər qadın kişi tərəfindən gözəl və cəlbedici sayılmır. Ona görə də bir qadının həyatı saysız-hesabsız sevgi macəraları içində keçir, digəri isə güclə özünə həyat yoldaşı tapır, uğursuz nikahı da boşanma ilə nəticələnir. Qismət? Ola bilər, amma qismətiniz sizin necə insan olmağınızdan da asılıdır. Testimizin suallarına cavab verərək uğur qazanmağa nə qədər şansınızın olub-olmadığını müəyyənləşdirin.


1. Müasir qadın ilk növbədə nəyi öyrənməlidir?
A. kotlet qızartmağı
B. karate hərəkətlərini
C. xarici dili


2. Siz hansı mükafatı alan qadına heyran ola bilərsiniz?
A. "Dünya gözəli" titulunu alana
B. Böyük aktrisa hesab edilənə
C. Yüksək siyasi vəzifə tutana


3. Adətən boşanma zamanı uşaqlar anaları ilə qalırlar. İstərdinizmi:
A. Bu belə də qalsın
B. Uşaqlar valideynlər arasında bölünsün
C. Uşaqlar ataları ilə qalsınlar


4 İstirahətdə nudistlərin (çılpaqların) çimərliyinə düşsəniz, reaksiyanız necə olar?




A. Onlara qoşularam
B. Onlara heyrətlə baxaram
C. özümü çox pis hiss edərəm


5. İş gününün sonunda nə haqda düşünürsünüz?
A. Görüşüm artıq təyin olunub
B. Teatra getmək pis olmazdı
C. İşin qalanını evə götürümmü?


6. Qatarı və ya təyyarəni gözləyərkən hansı jurnal diqqətinizi çəkə bilər?
A. Aysel
B. Karvan
C. Hesabat


7. Emansipasiyaya(qadın-kişi hüquqlarının bərabərliyi) münasibətiniz necədir?
A. Bu, cinslərin təbii xüsusiyyətlərinin kobud pozuntusudur
B. Bu, istər qadınlar, istərsə də kişilər üçün xoşagəlməzdir
C. Bu, ədaləti bərpa etməyin yeganə yoludur


8. Qadın elə geyinməlidir ki¦
A. Kişilər ona baxmalıdır
B. özünü güzgüdə görəndə həzz almalıdır
C. Sosial statusunu göstərməlidir


Nəticələri hesablayaq


Hər"A" cavabına görə 1 xal, "B" cavabına - 2 xal, "C" cavabına isə 3 xal verin.


8-13 xal: Siz həqiqi qadınsınız. Hətta evdə tək olanda və qonaq gözləməyəndə belə elə görünürsünüz ki, ünvanı səhv salaraq qapınızı döyən kişini valeh edirsiniz. Sevgilinizdən ayrılan kimi, obirini tapırsınız.


14-19 xal: Siz mükəmməlliyə can atırsınız, amma bu sizin fiziki və maddi imkanlarınızın üstündədir. Genetik bədən quruluşunuzu yaxşılığa doğru dəyişməyə böyük cəhdiniz əlbəttə ki, nəticə verir. Amma siz bundan daha çoxunu istəyirsiniz. Yanında olan kişini həmişə az qiymətləndirirsiniz. Ona görə də onu başqası ilə dəyişməyə uyğun şərait axtarırsınız.


19-24 xal: Ola bilsin, siz şəxsi həyatınızda xoşbəxt olmaq üçün çox ağıllı və müstəqilsiniz. Kişilər sizə heyran olsalar da, yaxın münasibətə girməkdən qorxurlar. Çünki sizin ruh gücünüzü və üstünlüklərinizi görürlər. Əgər işdə etibarlı partnyorla qarşılaşsanız, bu, uğurlu evliliyə şansınızı artıracaq.


Tarix: 08.08.2012 / 02:38 Müəllif: [Ram] Baxılıb: 2242 Bölmə: Psixoloji Testler