Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əsəblərinizi yoxlayın

Sual 1: Tələsdiyinizdən südü aşırtdınız.Buna görə qəzəblənərsinizmi?

Sual 2: Restoranda ofisiant sizinlə nəzakətsiz davranır.Ondan üzrxahlıq etməini tələb edərsinizmi?

Sual 3: Kimsə xarici görkəminiz barədə nəzakətsizcəsinə danışsa,bu sizi əsəbləşdirə bilərmi?

Sual 4: Təsəvvür edin,qatarınız gecikir.Konduktordan gecikmənin səbəbini aydınlaşdırmağa çalışırsınız,lakin osizə əhəmiyyət vermir.Ona kobud bir söz söyləyərsinizmi?

Sual 5: Uşaqlar pişiyə daş atırlarsa,siz onları qovub uzaqlaşdırarsınızmı?

Sual 6: Avtobus dayanacağında oturacağın nə vaxt boşalacağını gözləyirsiniz,lakin,birdən kimsə özünü qabağa verir və boş yerdə əyləşir.Bu səbəbdən ona etirazınızı bildirərsinizmi?

Sual 7: Yaxın dostunuz barədə təhqirəramiz sözlər danışsalar,bu sizin xətrinizə dəyərmi?

Sual 8: Kimsə ananız haqqında nəzakətsiz sözlər danışsa,onun danışıq tərzi sizə toxunarmı?

Sual 9: Kiminsə iti döydüyünü görsəniz,ona bundan çəkindirməyə çalışarsınızmı?

Sual 10: Kimsə özündən sonra qapını saxlamır və qapı gəlib güllə kimi sizə dəyir.Həmin adamla dalaşarsınızmı?

Sual 11: Növbədə kimsə sizdən qabağa keçsə etirazınızı bildirərsinizmi?

Sual 12: Dostlarınız evinizdə hansısa əşyanızı sındırır və buna görə üzrxahlıq edirlər.Onlara öz narazılığınızı bildirərsinizmi?

Sual 13: Qonşunuz daim evinə gec gəlir və səs-küy salır.Onunla mübahisə edərsinizmi?

Sual 14: Hansısa bir tanışınız sizə gəlir və icazəsiz siqaret çəkməyə başlayır.Ondan siqaret çəkməməyi və yaxud getməsini tələb edərsinizmi?

Sual 15: Hirslənərək nəyisə deyib,sonradan peşmançılıq çəkdiyiniz vaxtlar olurmu?

Buradakı hər BƏLİ cavabına görə özünə 1 hər XEYR cavabına görə isə 0 xal hesabla.






Siz 0-4 bal toplamısınız:

Sizi özündən çıxartmaq asan deyil.Qəzəbləndiyiniz zaman susmağı üstün tutub kədəri,hirsi və narazılığınızı içinizə salırsınız.Bir tərəfdən,bu gözəl cəhətdir,digər tərəfdən,gələcəkdə buna görə sağlamlığınızda bir sıra problem yarda bilər.Odur ki, orta yotutub,narazılığınızı ürəyinizə salmadan bildirməyi özünüzə alışdırın.

Siz 5-9 bal toplamısınız:

Siz inadkarsınız,asanlıqla qıcıqlana bilərsiniz.Lakin bununla belə,öz hisslərinizi nəzərətdə saxlamağı bacarırsınız: ya siz mübahisə etməyi xoşlamırsınız,ya da fitri sakitliyiniz və ədəbiniz üstün gəlir.

Siz 10-15 bal toplamısınız:

Siz tez qıcıqlanırsınız və bəyənmədiyiniz şeyləri sakit qəbul edə bilmirsiniz.Siz bildiyinizi edirsiniz və təkcə başqalarına qarşı deyl,özünüzə qarşı da sərtsiniz.Cəsarətli,vicdanlı,açıq danışığı güzəştə getməkdən üstün tutursunuz.


Tarix: 08.08.2012 / 03:27 Müəllif: [Ram] Baxılıb: 1507 Bölmə: Psixoloji Testler
loading...