beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Realistsən, yoxsa xəyalpərəst?

1. Uzaq bir nağıllar aləmində yaşamaq istərdinmi?
A. hə, yaxşı olardı (1)
B. yalnız tətil zamanı. (2)
C. yox, mənə burda da yaxşıdır. (3)

2. Sən bütün pullarını hansısa lazımsız, amma gözəl şeyə xərcləyə bilərsən?
A. ola bilər, onun keyfiyyətindən asılıdır (2)
B. yox, heç vaxt (3)
C. hə, əlbəttə (1)

3.Az və gec-gec maaşı verilən, lakin çox maraqlı işlə məşğul olardın?
A. yox. (3)
B. bəlkə, əgər iş doğrudan da, maraqlıdırsa, pul vacib deyil (1)
C. şeflə danışardım ki, iş də əldən getməsin. (2)

4. Hansı tip insanlarla birgə kollektivdə çalışardın?
A. mehriban və xeyirxah (1)
B. əla mütəxəssislə (3)
C. həm şəxsi, həm də professional keyfiyyətləri olan (2)

5. Xəyallara tez-tez dalırsan?
A. bəzən, amma əvvəllər daha çox (2)
B. hə, hər zaman… (1)
C. yox, mənasızdı (3)

6. İnsanlara etibar edirsən?
A. əlbəttə (1)
B. hərdən (2)
C. çox az hallarda (3)

7. "İnsanlar gərək öz xoşbəxtliklərini əldə etsinlər"
A. xoşbəxtlik özü gələcək (1)
B. xoşbəxt olmaq üçün gərək əziyyət çəksinlər (3)
C. sadəcə təkan verməliyik (2)

8. Oxuduğun ədəbiyyatlar içində hansısa qəhrəman olmaq istərdin?
A. yox, mən ki, uşaq deyiləm (2)
B. yox, özüm olmaq istərəm (3)
C. hə, belə bir idealim var (1)

9. İnanirsan ki, arzular gerçəkləşir?
A. hə (1)
B. ola bilsin (2)
C. yox, uydurmadı (3)

10. Sənin şefin dünən sənə kobud rəftar edib, lakin bu gün sənin üzünə gülür, çay içməyə dəvət edir. Səncə niyə?
A. yaltaqlanır...mənim işimi əlimdən almaq istəyir (3)
B. o bilir ki mənimlə dost olmaq yaxşıdı (2)
C. o, bu üsulla üzr istəyir (1)

P.S. İndi isə xallari hesablayın



Bu da testin cavabları...

10-16 bal arası

Sən zərif bir insansan. Belə qənaətə gəlmək olar ki, sən reallıqdan çox xəyallarda yaşayırsan, lakin möcüzələrə inamın bəlkə də səni bəzən sudan quru çıxartmağa kömək ola bilər. İstədiyinə nail olmaq üçün çətinlikdən qorxma və ayıq ol! Qarşinda məqsəd qoy, ona nail olacaqsan, inşallah.

17-23 arası

Urəyinin dərinliyində sədünyda romantikanın çox olmasını itəyirsən, lakin dünya ilə ayaqlaşmaq üçün sən onun qaydalarına riayət etməli olursan, amma çalış tez-tez fantaziyalarına yer ayır… onda həyat daha rəngarəng olar.

24-30 arası

Sən realistsən...özü də təpədən dırnağa qədər… durduğun yerdən bərk yapışmısan. Hər şeyə çəhrayı pərdə arasından baxan insanları isə heç anlamırsan. Deməli, sənin həyatında ideallara və arzularla birgə göylərdə uçmağa meyil yoxdu. Amma arzulamağın insan orqanizminə xeyri çoxdur.


Tarix: 08.08.2012 / 02:29 Müəllif: [Ram] Baxılıb: 1446 Bölmə: Psixoloji Testler