beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tez inciyənsiniz yoxsa...?

1. Sevgilinlə (dostunla) görüş təyin etmisən. Amma o, vaxtında gəlib çıxmır. Sən..

a)Bunun əvəzi olaraq qonaqlıq verməyini istəyirsən (2 bal)
b)“Bu,səninlə sonuncu görüşümüzdür” deyib, acıqla çıxıb gedirsən (3 bal)
c) “Məni niyə bu qədər gözlədirsən” deyib, üzrxahlıq etməsini gözləyirsən (1 bal)


2. Qonaqlığa gedirsən. Rəfiqən aksesuarlarının geyindiyin paltara uyğun gəlmədiyini deyir.Sən...

a)Borclu qalmyıb, onun geyimini ələ salırsan (3 bal)
b)Ona, bütün gecəni məhv etdiyini deyib, küsürsən (1 bal)
c) Ondan paltarına uyğun aksesuar verməsini istəyirsən (2 bal)


3. Gün ərzində əhvalın bir neçə dəfə dəyişir?

a)Bəli.Hisslərimlə bacara bilmirəm (1 bal)
b)Yox. Səhər hansı əhvalda yuxudan ayılıramsa, halım gecəyə kimi heç dəyişmir. (2 bal)
c) Hərdən. Sadəcə, mənə aid olan və məni narahat edən hadisə baş verdikdə. (3 bal)


4. Sinif yoldaşlarınla görüşmüsən. Onlar məktəb vaxtı şəkillərinizə baxıb, sənin o vaxtlar çox çirkin olduğunu deyirlər. Hamı sənə gülür. Sən...
a)Əhvalında dəyişmir. Hamı ilə birlikdə gülüb, əylənməyə başlayırsan. (2 bal)
b)Bu şəkildə köstəbəyə oxşadığını deyirsən (3 bal)
c) Şəkili dərhal alıb cırırsan (1 bal)



5. Küçədə yanından keçən biri səni itələyir...

a)Hirslənirsən. Amma ona heç nə demirsən. (1 bal)
b)Əsəbləşərək “ ayıya bax!” deyib , onu təhqir dirsən (3 bal)
c) Əgər sənə zərər verməyibsə əhəmiyyət verməyib, yoluna davam edirsən. (2 bal)


6. Dostlarından biri ilə sözləşirsən. Barışmaq üçün ilk addımı sən atmalısan?

a)Bəli. Mən pis hadisələri tez unuduram (2 bal)
b)Yox. Günahı olsada, olmasada gərək o insan məndən üzr istəsin (1 bal)
c) Əgər bu dava zamanı o məni təhqir etməyibsə barışaram (3 bal)


7. İclas zamanı il yoldaşlarından biri rəisə səni pisləyib, işləri yerinə yetirmədiyini deyir. Sən...

a)Nə etmək olar. Onun xasiyyəti belədir. Gözü heç kimi götürmür (2 bal)
b)Ona “Bir də məndən kömək istə, onda görərsən” deyirsən (1 bal)
c) Heç nə deməzən. Amma onunla mehriban münasibətəson qoyarsan (3 bal)


8. Biri sənin xətrinə dəyir. Ondan necə intiqam alarsan?

a)Gecə səhərə kimi yatmayıb, plan cızaram (1 bal)
b)Mən intiqam almağı bacarmıram.Onu Tanrıya həvalə edərəm (2 bal)
c) İntiqam almaram, amma ona unuda bilməyəcəyi bir dərs verərəm (3 bal)





NƏTİCƏ:

1-8 bal. “İncə gül”

Sən tez inciyənsən. Səni nəinki sərt söz hətta tərs baxış və qəfil deyilən bir kəlmədə küsdürür. Yaxınların səninlə danışmaqdan, sənə söz deməkdən çəkinir.Buna görə də dostların səninlə istədiyi kimi açıq danışmırlar. Bir az səmimi və sadə olmağa çalış. Sirlərini başqaları ilə bölüşməkdən çəkinmə.

9-16 bal. “Əsl alicənab”

Zarafatı bilir və qəbul edirsən. Gözəl yumaor hissin var.Kimdənsə inciyərək əlavə problemlər qazanmaq sənlik deyil.Başqalarının sənin xətrinə dəymək istəyini asanlıqla dəf edirsən.Kimsə sənə söz atanda cavabını verirsən.Bu sağlam rəqabət səni həmişə əsəbiləşməkdən və söz-söhbətdən qoruyur.

16-24 bal “Aqressiv dəymədüşər”

Əsl dəymədüşərsən. Vay o günə kimsə sənə nəsə desin. Peşmançılğını günlərlə çəkir.Heç kimin sözünü cavabsız qoymursan. Mübarizə aparmağı, mübahisə etməyi sevirsən.Həmişə hamıdan intiqam almaq istəyirsən. Bu qədər aqressiv olma.


Tarix: 08.08.2012 / 02:28 Müəllif: [Ram] Baxılıb: 2007 Bölmə: Psixoloji Testler