beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhəmməd Peyğəmbərimizin (sallallahu aleyhi və alihi və səlləm) xüsusiyyətləri

Peyğəmbərimiz Məhəmməd – sallallahu aleyhi və səlləm – in bir neçə xüsusiyyətləri vardır.
1. Peyğəmbərlərin sonuncusudur.
«Lakin o, Allahın Rəsulu və Peyğəmbərlərin sonuncusudur». (əl-Əhzab 40). Peyğəmbər – sallallahu aleyhi və səlləm – Dəccal ilə əlaqəli olan hədisdə buyurur: «Mən Xatəmin –Nəbiyyinəm (Peyğəmbərlərin sonuncusuyam) və məndən sonra Peyğəmbər gəlməyəcəkdir». Başqa rəvayətdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurur: «Məndən sonra Peyğəmbər yoxdur».

2. Allah onu ən yüksək məqama yüksəldib.
Ən yüksək məqam isə şəfaət məqamıdır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – orada şəfaət edəcək. «Gecənin bir vaxtı durub yalnız sənə xas olan əlavə namaz qıl. Ola bilsin ki, Rəbbin səni bəyənilib təriflənən bir məqama göndərsin». (əl-İsra 79).
3. Hər bir Peyğəmbər öz qövmünə, o isə hamıya göndərilib.
«Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm». (əl-Əraf 158). (Ey Məhəmməd!) Biz səni bütün insanlara müjdə verən, qorxudan bir peyğəmbər göndərdik. Lakin insanların əksəriyyəti bilməz». (Səba 28). «Biz səni insanlara Peyğəmbər göndərdik. Allahın buna şahid olaması (sənə) kifayət edər». (ən-Nisa 79). Cabir – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mənə beş şey verilib ki, bundan qabaq heç bir Peyğəmbərə verilməyib… Hər bir peyğəmbər müəyyən bir qövmə göndərilib mən isə hamıya göndərilmiş Peyğəmbərəm».
4. Peyğəmbərimiz – sallallahu aleyhi və səlləm – Xəlildir.
Məhəbbətin ən yüksək dərəcəsi olan Xəlillik dərəcəsinə Peyğəmbər – sallallahu aleyhi və səlləm – də çatmışdır. Şübhəsiz Allah İbrahimi xəlil etdiyi kimi məni də xəlil etmişdi. Bu hədis Xəlil İbrahimə, məhəbbət isə Məhəmmədə aid bir məqamdır deyənlərin fikirlərini məhv edir. Çünki Məhəbbət digər insanlar haqqında da sabitdir. «Allah tövbə edənləri, təmiz və pak olanları sevər». (əl-Bəqərə 222). «Şübhəsiz ki, Allah müttəqiləri sevər». (Ali-İmran 76). «Allah yaxşılıq edənləri sevər». (Ali İmran 134). Beləliklə xəlillik İbrahimə, həbiblik Məhəmmədə xas olduğunu söyləyənlərin sözlərini tutarsız olduğu ortaya çıxdı. Əksinə xəlillik hər iksinə də aiddir, həbiblik isə ümumidir. Ola bilər ki, kimsə sizə belə bir hədis də gətirə bilər. Lakin bilin ki, bu hədis zəifdir. İbn Abbas – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İbrahim Allahın Xəlilidir. Bunu da bilin ki, mən Allahın həbibiyəm və övünmürəm».
5. Qurani –Kərim.
«De ki: «Şahidlik baxımından nə daha böyükdür? Mənimlə sizin aranızda Allah şahiddir. Bu Quran mənə sizi və ona (gələcəkdə) yetişəcək kimsələri (qiyamətə qədər) xəbərdarlıq edib qorxutmağım üçün vəhy olunub». (əl-Ənam 19). «Aləmləri qorxutmaq üçün haqqı batildən ayıran Quranı öz bəndəsinə (Məhəmmədə) nazil edən Allah nə qədər uca, nə qədər uludur». (əl-Furqan 1). Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Peyğəmbərlərdən elə bir peyğəmbər yoxdur ki, ona bəşərin məğlub olaraq inandığı (bir möcüzə) verilmiş olmasın. Möcüzə olaraq mənə verilən şey isə Allahın mənə vəhy etdiyi Qurandır».
6. Merac.
Peyğəmbər – sallallahu aleyhi və səlləm – on il Allahın əmrinə tabe olaraq tövhidə dəvət etdi. On ildən sonra göylərə yüksəldi. Merac – ARACƏ sözündən götürülüb. URUC – qalxmaq, yüksəlmək deməkdir. İsra – ƏSRA sözündən götürülüb. Bəzilərinin dediyinə görə Peyğəmbər – sallallahu aleyhi və səlləm – Merac səfərini yuxuda edib, digərlərinin dediyinə görə o – sallallahu aeyhi və səlləm -, Meraca yalnız ruhu ilə gedib. Lakin səhih odur ki, həm ruhu, həm də cəsədi ilə gedib və ömründə bir dəfə olub. Məlik b. Sasa – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kəbədə əl-Hicr deyə adlanan yerdə yatarkən biri gəlib boğazımdan qarnımın alt tərəfinə qədər olan hissəni yardı. Sonra qızıldan bir qab gətirdi. Qəlbimi çıxardıb Zəm-Zəm suyu ilə yuduqdan sonra onu hikmət və iman ilə doldurdu. Sonra (qəlbimi) yerinə qaytardı. Bu da məni irəlidə gözlənilən üçün bir hazırlıq idi. (Başqa rəvayətdə: Ənəs b. Məlik – radıyallahu anhu – deyir ki, Əbu Zərr – radıyallahu anhu – belə rəvayət etdi ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən Məkkədə olduğum vaxt evimin tavanı yarıldı. Cəbrail – əleyhissəlam – endi. Köksümü yardı. Sonra onu Zəm-Zəm suyu ilə yudu. Sonra o, hikmət və iman ilə dolu qızıldan bir qab gətirdi. İçindəkiləri köksümüm içinə boşaltdı. Sonra köksümü bağladı. Sonra əlimdən tutub məni səmaya qaldırdı!»). (Başqa rəvayətdə isə: Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – uşaqlarla oynayarkən Cəbrail – əleyhissəlam – onun yanına gəldi. Onu götürərək yerə yıxdı və sinəsini yardı. Qəlbini çıxardı. Qəlbindən bir qan laxtasını çıxardıqdan sonra Peyğəmbərə: «Bu şeytanın səndən olan bir nəsibidir!» deyə ona göstərdi. Sonra qəlbini qızıldan bir qab içində Zəm-Zəm suyu ilə yudu. Daha sonra qəlbini yerə qoydu. Onunla oynayan uşaqlar qaçaraq süd anasının yanına gəldilər və: «Məhəmməd öldürüldü!» dedilər. Onun yanına gəldilər. Rəngi soluq bir halda idi. Ənəs: «Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in sinəsində o izi görmüşdüm!» dedi).
Sonra qatırdan alçaq, eşşəkdən böyük olan Burak adı verilən ağ bir minik gətirildi. Bu minik addımını gözün son görmə həddinə qədər qoyardı. (Başqa rəvayətdə: «Cəbrail – əleyhissəlam – ilə birlikdə miniyə mindim. Beytul Məqdisə gəldim. Onu (miniyi məndən əvvəlki) peyğəmbərlərin bağladıqları halqaya bağladım. Sonra məscidə girdim. Peyğəmbərlərə imam olaraq iki rükət namaz qıldım. (Bütün peyğəmbərlər də onun arxasınca namaz qıldılar)». Sonra Cəbrail – əleyhissəlam – ilə birlikdə dünya səmasına yüksəldim. Birinci səmanın (qapılarına) yaxınlaşdıq. Cəbrail – əleyhissəlam – (qapıların) açılmasını istədi. Gözətçilər: «Kimdir O?» deyə soruşdular. Cəbrail: «Bu Cəbraildi!» dedi. Gözətçilər: «Yanında kim var?» deyə soruşdular. Cəbrail: «Məhəmməd!» deyə cavab verdi. Gözətçilər: «Onun dalınca göndərildimi? (Yəni ona bura gəlsin deyə dəvət göndərildimi?)» deyə soruşdular. Cəbrail: «Bəli!» dedi. Bu dəfə: «Səfa gəldi, xoş gəldi!» deyildi və onun üçün səma (qapısı) açıldı. Birinci səmada Adəm – əleyhissəlam – göründü. Cəbrail mənə: «Bu sənin baban Adəmdir, ona salam ver!» dedi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ona salam verdi, o da salamı alıb: «Saleh övladıma və saleh Peyğəmbərə salam olsun!» dedi. (Başqa rəvayətdə: «Adəmin sağ tərəfində xoşbəxt kimsələrin ruhları, sol tərəfində isə bədbəxt kimsələrin ruhları vardır. O, sağ tərəfinə baxdıqda sevinər və gülərdi, sol tərəfinə baxdıqda isə ağlayardı. Çünki sağ tərəfində olanlar Cənnət əhli, sol tərəfində olanlar isə Cəhənnəm əhlindən olan kimsələr idi!»). Sonra Cəbrail – əleyhissəlam – mənimlə ikinci səmaya çıxdı və səmanın (qapısının) açılmasını istədi. Gözətçilər: «Kİmdir O?» deyə soruşdular. Cəbrail: «Bu Cəbraildi!» dedi. Gözətçilər: «Yanında kim var?» deyə soruşdular. Cəbrail: «Məhəmməd!» deyə cavab verdi. Gözətçilər: «Onun dalınca göndərildimi? (Yəni ona bura gəlsin deyə dəvət göndərildimi?)» deyə soruşdular. Cəbrail: «Bəli!» dedi. Bu dəfə: «Səfa gəldi, xoş gəldi!» deyildi və onu səmanın (qapısı) açıldı. İkinci səmada Yəhya və İsa (hər iksinə Allahın salat və salamı olsun) göründü. Cəbrail – əleyhissəlam – dedi ki, bunlar Yəhya və İsadır, hər iksinə salam ver. O daonlara salam verdi, onlar da salamını alıb: «Saleh qardaşımıza və saleh Peyğəmbərə salam olsun!» dedilər. Sonra Cəbrail – əleyhissəlam – mənimlə üçüncü səmaya çıxdı və səmanın (qapısının) açılmasını istədi. Gözətçilər: «Kimdir O?» deyə soruşdular. Cəbrail: «Bu Cəbraildi!» dedi. Gözətçilər: «Yanında kim var?» deyə soruşdular. Cəbrail: «Məhəmməd!» deyə cavab verdi. Gözətçilər: «Onun dalınca göndərildimi? (Yəni ona bura gəlsin deyə dəvət göndərildimi?)» deyə soruşdular. Cəbrail: «Bəli!» dedi. Bu dəfə «Səfa gəldi, xoş gəldi!» deyildi və ona səmanın (qapısı) açıldı. Üçüncü səmada Yusif – əleyhissəlam – göründü. Cəbrail – əleyhissəlam – dedi ki, bu Yusifdir, ona da salam ver. O dasalam verdi, salamını alıb: «Saleh qardaşımıza və saleh Peyğəmbərə salam olsun!» dedi. Sonra Cəbrail – əleyhissəlam – mənimlə dördüncü səmaya çıxdı və səmanın (qapısının) açılmasını istədi. Gözətçilər: «Kimdir O?» deyə soruşdular. Cəbrail: «bu Cəbraildi!» dedi. Gözətçilər: «Yanında kim var? deyə soruşdular. Cəbrail: «Məhəmməd! deyə cavab verdi. Gözətçilər: «Onun dalınca göndərildimi? (Yəni ona bura gəlsin deyə dəvət göndərildimi?)» deyə soruşdular. Cəbrail: «Bəli!» dedi. Bu dəfə: «Səfa gəldi, xoş gəldi!» deyildi! və ona səmanın (qapısı) açıldı. Dördüncü səmada İdris – əleyhissəlam – göründü. Cəbrail – əleyhissəlam – dedi ki, bu İdrisdir, ona da salam ver. O dasalam verdi, salamını alıb: «Saleh qarda-şımıza və saleh Peyğəmbərə salam olsun!» deyə dua etdi. (Başqa rəvayətdə: «Allah buyurur: «Biz onu yüksək məqama qaldırdıq». (Məryəm 57). Sonra Cəbrail – əleyhissəlam – mənimlə beşinci səmaya çıxdı və səmanın (qapısının) açılmasını istədi. Gözətçilər: «Kimdir O?» deyə soruşdular. Cəbrail: «Bu Cəbraildi!» dedi. Gözətçilər: «Yanında kim var?» deyə soruşdular. Cəbrail: «Məhəmməd!» deyə cavab verdi. Gözətçilər: «Onun dalınca göndərildimi? (Yəni ona bura gəlsin deyə dəvət göndərildimi?)» deyə soruşdular. Cəbrail: «Bəli!» dedi. Bu dəfə «Səfa gəldi, xoş gəldi!» deyildi və ona səmanın (qapısı) açıldı. Beşinci səmada Musa – əleyhissəlam – ın qardaşı İmran oğlu Harun – əleyhissəlam – göründü. Cəbrail – əleyhissəlam – dedi ki, bu Harundur, ona da salam ver. O dasalam verdi, salamını alıb: «Saleh qardaşımıza və saleh Peyğəmbərə salam olsun!» dedi. Sonra Cəbrail – əleyhissəlam – mənimlə altıncı səmaya çıxdı və səmanın (qapısının) açılmasını istədi. Gözətçilər: «Kimdir O?» deyə soruşdular. Cəbrail: «Bu Cəbraildi!» dedi. Gözətçilər: «Yanında kim var?» deyə soruşdular. Cəbrail: «Məhəmməd!» deyə cavab verdi. Gözətçilər: «Onun dalınca göndərildimi? (Yəni ona bura gəlsin deyə dəvət göndərildimi?)» deyə soruşdular. Cəbrail: «Bəli!» dedi. Bu dəfə: «Səfa gəldi, xoş gəldi!» deyildi və ona səmanın (qapısı) açıldı. Altıncı səmada Musa – əleyhissəlam – göründü. Cəbrail – əleyhissəlam – dedi ki, bu Musadır, ona da salam ver. O dasalam verdi, salamını alıb: «Saleh qardaşımıza və saleh Peyğəmbərə salam olsun!» dedi. Yanından getdikdə Musa ağladı. Ondan soruşdular: «Səni ağladan nədir?» Musa: «Çünki məndən sonra Peyğəmbər olaraq göndərilən bu gəncin ümmətindən Cənnətə girəcək olanlar, mənim ümmətimdən Cənnətə girəcək olanlardan daha çoxdur!». Sonra Cəbrail – əleyhissəlam – mənimlə yeddinci səmaya çıxdı və səmanın (qapısının) açılmasını istədi. Gözətçilər: «Kimdir O?» deyə soruşdular. Cəbrail: «Bu Cəbraildi!» dedi. Gözətçilər: «Yanında kim var soruşdular?» deyə soruşdular. Cəbrail: «Məhəmməd!» deyə cavab verdi. Gözətçilər: «Onun dalınca göndərildimi? (Yəni ona bura gəlsin deyə dəvət göndərildimi?)» deyə soruşdular. Cəbrail: «Bəli!» dedi. Bu dəfə: «Səfa gəldi, xoş gəldi!» deyildi və ona səmanın (qapısı) açıldı. Yeddinci səmada Xalilur-Rahmən İbrahim – əleyhissəlam – göründü. Cəbrail – əleyhissəlam – dedi ki, bu sənin atan İbrahimdir, ona da salam ver. O dasalam verdi, salamını alıb: «Saleh övlad və saleh Peyğəmbərə salam olsun!» dedi.
Sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – Sidrətul-Muntəhaya qədər yüksəldim. Bir də gördüm ki, Sidr ağacının yarpaqları fillərin qulaqları kimdir. Onun yemişləri isə (Yəmənin Həcər qəsəbəsindəki) fincanlara (gildən düzəldilmiş qablara) bənzəyirdi. Orada Sidrənin dibindən çıxan dörd çay vardı. Bu çaylardan ikisi zahiri, ikisi isə batini çaylar idi. Mən: «Ey Cəbrail! Bu nə çaylardır?» deyə buyurdum. Cəbrail: «Batini olan çaylar Cənnət çaylarıdır. Zahiri olan çaylar isə Nil və fərat çaylarıdır». Allahın əmri ilə orada olan gözəllikləri gördüm. Artıq Allahın məxluqlarından oranın gözəlliyinin bir qismini belə təsvir və ya tərif etməyə qadir ola biləcək bir kimsə yoxdur.
Sonra Beytul-Məmura yüksəldik. (Başqa rəvayətdə: «İbrahim – əleyhissəlam – belini yeddinci səmadakı Beytul-Məmura söykəmişdi»). Bu Beytul-Məmura gündə yetmiş min mələk girər, orada Allaha ibadət edər, namaz qılar, sonra oradan çıxar və bir daha oraya qayıtmazlar. Oradan çıxdıqdan sonra Cəbrail – əleyhissəlam – mənə bir qab şərab və bir qab da süd gətirdi. Mən südü seçdim. Cəbrail – əleyhissəlam – mənə: «sən fitrəti seçdin, ümmətin də fitrət üzərindədir. Əgər şərabı seçmiş olsaydın ümmətin haqq yoldan azardı (azğın olardı)» dedi.
(Başqa rəvayətdə – Peyğəmbər – sallallahu aleyhi və sələm – buyurdu: «Sonra Cəbrail – əleyhissəlam – məni yuxarıya götürə-götürə nəhayət (qəza və qədəri yazan) qələmlərin cızıltılarını eşidərək bir səviyyəyə çatdıq!»).
Sonra Allah Məhəmməd – sallallahu aleyhi və səlləm – ə bir gün və bir gecədə əlli vaxt namaz fərz qıldındı. Peyğəmbər buna təslimiyyətlə razı oldu. Səmadan enib Musa – əleyhissəlam – ın yanından keçərkən: «Rəbbin ümmətinə nəyi fərz qıldı?» deyə buyurdu. Mən: «O, bir gündə əlli namaz fərz qıldı!» buyurdum. Musa: «Sənin ümmətinin buna gücü çatmaz. Səndən əvvəl mən öz ümmətimə bunu bəyan etmişdim. İsrail oğullarından çox çətinliklərlə qarşılaşdım. Rəbbinə qayıt və ümmətin üçün yükünün yüngülləşdirilməsini dilə!» deyə buyurdu. Mən də Rəbbinə dönüb: «Ya Rəbbim! Ümmətim üçün yügülləşdir!» deyə buyurdum. Məndən on vaxt namaz endirildi. Sonra Musa – əleyhissəlam – ın yanına qayıtdım: «Məndən on namaz vaxtı endirildi!» deyə buyurdum. Musa: «Şübhəsiz ki, ümmətinin buna da gücü çatmayacaqdır. Rəbbinə dön və yüngülləşdirilməsini dilə!» deyə buyurdu. Mən yenə də Rəbbimə dönüb: «Ya Rəbbim! Ümmətim üçün yüngülləşdir!» deyə buyurdum. Məndən (qalan namazların vaxtından) yenə də on vaxt namaz endirildi. Sonra Musa – əleyhissəlam – ın yanına qayıtdım: «Məndən yenə də on namaz vaxtı endirildi!» deyə buyurdum. Musa: «Şübhəsiz ki, ümmətinin buna da gücü çatmayacaqdır. Rəbbinə dön və yüngülləşdirliməsini dilə!» deyə buyurdu. Beləcə Rəbbim ilə Musa – əleyhissəlam – arasında beş vaxt namaz əmr olunana qədər gedib-gəldim. Sonra yenə Musa – əleyhissəlam – ın yanına qayıtdım və o, mənə: «Nə ilə əmr olundun?» deyə buyurdu. Mən: «Hər gün beş vaxt namaz ilə əmr olundum!» deyə buyurdum. Musa: «Sənin ümmətin hər gün beş vaxt namaz qılmağa da taqəti çatmaz. Rəbbinə dön və yüngülləşdirilməsini dilə!» deyə buyurdu. Mən: «Rəbbimdən çox istədim. Artıq ondan utanıram. Mən beş vaxta razıyam. Allahın əmrinə təslim oluram!» deyə cavab verdim. Bundan sonra bir carçı: «Fərzlər yəqinləşdi, qullarıma da (yükləri) yüngülləşdirildi!» deyə səslədi. Rəbbim: «(Namazlar) beşdir, yenə onlar əllidir. Mənim dərgahımda hökm əsla dəyişməz!». Bundan sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə Cənnət və Cəhənnəm də göstərildi. Cənnətin içində bir çox incidən olan qübbələr (çadırlar) vardır. Torpağı da miskdən idi. Daha sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – səmadan enib Məkkəyə geri qayıtdı».
Peyğəmbər – sallallahu aleyhi və səlləm – in digər başqa möcüzələri.
Allah Peyğəmbərinə nübuvətinin bir dəlil olmaq üçün vermiş olduğu olduqca böyük möcüzələrdən biri də İnşiqaqi-Qamər (ayın bölünməsi) möcüzəsidir. Cabir – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – minbər olmayanda kötüyün üstündə xütbə verərdi. Minbər düzəldikdə isə kötüyü tərk edir. Səhabələr o kötüyün yanından keçəndə onun inildəməsini, ağlamasını eşidib peyğəmbərə xəbər verirlər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – gəlib o kötüyü qucaqlayıb buyurur: «Bilirsiniz o niyə ağlayır? Allahın ayələri onun üstündə zikr olunmadığına görə darıxır». Cabir b. Səmura – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «mən Məkkədə bir daş tanıyıram ki, mən peyğəmbər göndərilmədən əvvəl mənə salam verirdi. Heç şübhəsiz ki, mən indi də o daşı tanıyıram». Bundan başqa yeməyin çoxalması, suyun çoxalması, barmaqlarının arasından suyun fışqırması və üç yüz insanın o, sudan dəstəmaz alması, daşların ona salam verməsi, yağışın yağması və s. kimi möcüzələri vardır. Alimlər xırdalı böyüklü Peyğəmbər – sallallahu aleyhi və səlləm – in möcüzələrini üç minə qədər çatdırırlar.


Tarix: 27.04.2013 / 16:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 522 Bölmə: Peyğəmbərlərin Həyatı