Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏR (SAV) -İN VƏFATINI BİLDİRƏN ƏLAMƏTLƏR

Peyğəmbər - sallallahu aleyhi və səlləm -in vəfatının yaxınlaşdığına işarə edən bir çox önəmli hadisələr və işarələr görülmüşdür.
1. Ummul Qura olan Məkkənin fəthi mübarək hicrətin 8-ci ilində tamamlanmış, hicri 9-cu ildə isə müsəlman olmaq və ya cizyə vermək üçün Mədinə şəhərinə axın-axın heyətlər gəlmişlər. Ərəb yarımadası bütünlüklə İslama boyun əydi. Bütün bunlar Peyğəmbər - sallallahu aleyhi və səlləm -in və səhabələrinin 10 il boyunca sürdükləri cihadın bir meyvəsi idi. Artıq bütün bunlar Peyğəmbər - sallallahu aleyhi və səlləm - missiyasının sona gəldiyinə işarət edirdi.

2. Peyğəmbər - sallallahu aleyhi və səlləm - Muaz - radıyallahu anhu -nu Yəmənə göndərdiyi zaman ona bir çox tövsiyələr verdi. Tövsiyələrini bitirdikdən sonra buyurdu: «Ey Muaz! Ola bilər ki, sən bu ildən sonra məni görməyəsən. Sən qayıtdıqda artıq mənim məscidimə və qəbrimə çatacaqsan». Bu sözlər Muaz - radıyallahu anhu -nu hönkür-hönkür ağlatdı. Peyğəmbər - sallallahu aleyhi və səlləm - üzünü Mədinəyə tərəf çevirərək: «İnsanlardan mənə ən layiq olanlar kim olursa olsun və harada olursa olsun müttəqilərdir» deyə buyurdu1.
3. Peyğəmbər - sallallahu aleyhi və səlləm - hər il Ramazan ayında on gün etiqafa çəkilərdi. Son ildə isə iyirmi gün etiqaf etmişdi. Cəbrail - əlehissəlam - hər il Quranı bir dəfə ona təkrar etdiyi halda son ildə iki dəfə təkrarlatdı.
4. Peyğəmbər - sallallahu aleyhi və səlləm - hicrətin 10-cu ilində Həcc etdi və buyurdu: “Həcci necə yerinə yetirəcəyinizi məndən öyrənin. Ola bilir ki, bu ildən sonra bir daha sizinlə görüşməyim”. İnsanlarla vidalaşmağa başladı.
5. Ərafada bu ayə endi: «Bu gün dininizi kamil etdim və sizə olan nemətimi tamamladım. Bir
din kimi sizin üçün İslamı seçdim» (əl-Maidə 3).
6. İbn Abbas - radıyallahu anhu - rəvayət edir ki: «Ömər - radıyallahu anhu - məni Bədrdə
iştirak etmiş səhabələrlə birlikdə məclisə apardı. Bəziləri bundan xoşlanmayaraq: «Bunun bizim
aramızda nə işi var. Bizim də onun kimi uşaqlarımız vardır» dedilər. Ömər - radıyallahu anhu -
hansı səbəbdən onu bura gətirməsini izah etmək üçün sual verdi: «İZƏ CƏ ƏNƏSRULLAHİ VƏL FƏTH haqqında nə bilirsiniz?». Onlardan bəziləri: «Bizə fəth müyəssər olub zəfərə çatdığımızda Allaha həmd edib günahlarımızın bağışlanmasını diləməklə əmr olunduq» dedilər. Digərləri isə heç bir söz də demədilər. Sonra mənə tərəf çönərək: «Ey Abbasın oğlu! Sən də mi belə deyirsən?» deyə soruşdu. Abbas: «Xeyr, bu surə Peyğəmbər - sallallahu aleyhi və səlləm - in əcəlidir. Allah ona əcəlinin çatdığını bildirərək buyurmuşdu: «Allahın yardımı və fəthi gəldiyi zaman...» (ən-Nəsr). Bu sənin əcəlinin yaxınlaşmasına işarədir. Belə ki, Rabbini təsbih edərək ondan məğfirət dilə. Çünki O, tövbələri qəbul edəndir». Ömər: «Mən də bunu sənin kimi anlıyır və bilirəm» dedi2.
7. Peyğəmbər - sallallahu aleyhi və səlləm -ə vəhyin tez-tez gəlməsi. Ənəs - radıyallahu anhu
- rəvayət edir ki: «Allah vəfatından əvvəl Peyğəmbər - sallallahu aleyhi və səlləm -ə tez-tez vəhy
endirirdi. Lakin vəfat etdiyi günlərdə isə vəhy olduqca çoxalmışdı»3.
8. Əlamətlərdən biri də Peyğəmbər - sallallahu aleyhi və səlləm -in Uhuda getməsi və orada
yatan şəhidlər üçün namaz qılmasıdır. Beləcə həm ölülərlə, həm də dirilərlə vidalaşırdı. Sonra
minbərə çıxaraq: Mən sizdən öncə gedəcəyəm və Vallahi bu an hovuzuma baxmaqdayam. Mənə
yer üzünün xəzinələrinin açarları verilmişdir. Vallahi mən, məndən sonra şirk qoşmağınızdan
qorxmuram, lakin dünya üçün bir-birinizlə yarışmanızdan qorxuram»4.
9. Bu əlamatlərdən biri də bundan məhrum olmadan öncə insanları onu görməyə və
məclisində olmağa insanları təşviq etməkdir. Əbu Hureyrə - radıyallahu anhu - rəvayət edir ki,
Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Məhəmmədin nəfsi əlində olana and olsun ki,
sizdən birinizin məni görməyəcəyi bir gün gələcəkdir. Məni görmək onun üçün bütün ailəsi və
malından da sevimli olacaqdır»5.
PEYĞƏMBƏR SALLALLAHUALEYHİVƏSƏLLƏM IN VƏFATI
Peyğəmbər - sallallahu aleyhi və səlləm - bu şəkildə hicrətdən sonra on il dəvət etdi. Allah onunla dini və möminlər üzərinə nemətini tamamladıqdan sonra, öz yanına və peyğəmbərlərin, siddiqlərin, şəhidlərin, salehlərin yaşadığı ən uca dostlar arasına qatılmaq üçün seçdi. Peyğəmbər -sallallahu aleyhi və səlləm - Səfər ayının sonları ilə Rəbiul-Əvvəl ayının əvvəlləri xəstələndi. Aişə - radıyallahu anhə - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - Bəqi qəbristanlığını ziyarət etdikdən sonra geri dönür. Məni rahatsız gördü: Çünki başım ağrıyır: «Vay başım, vay başım!» - deyirdim. O: «Ey Aişə! Əslində mən: «Vay başım» deməliyəm6. Başını bağlamış halda müsəlmanların yanına, minbərə çıxdı. Şəhadət gətirdikdən sonra Uhudda öldürülən şəhidlərə məğfirət dilədi və buyurdu: «Allah qullarından bir qulunu dünya ilə nəzdində olanlar arasında sərbəst buraxdı, o da Allahın nəzdində olanları seçdi». Əbu Bəkr - radıyallahu anhu - bu sözlərin nə məna ifadə etdiyini başa düşdüyündən ağlamağa başladı və: «Anam, atam sənə fəda olsun». Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Yavaş ol, ey Əbu Bəkr! Şübhəsiz ki, dostluq və mal baxımından insanlar arasında mənə ən yaxın olanı sənsən. Rəbbimdən başqasını dost seçməli olsaydım, şübhəsiz ki, səni seçərdim, lakin İslamın dostluğu və sevgisi (bizi bir-birimizə) bağlamışdır. Əbu Bəkr - radıyallahu anhu -nu insanlara namaz qıldırmasını əmr etdi. Artıq namazları Əbu Bəkr - radıyallahu anhu - qıldırırdı ki, bu şəkildə toplam 17 vaxt namaz qıldırmışdır. Ömrünün son günləri və ya son günü Peyğəmbər - sallallahu aleyhi və səlləm - qızı Fatimə - radıyallahu anhə -ni çağıraraq qulağına bir şeylər pıçıldadı. Aişə - radıyallahu anhə -deyir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm -in bütün zövcələri yanında olduğu an qızı Fatimə - radıyallahu anhə - gəldi. Yerişi Peyğəmbər - sallallahu aleyhi və səlləm -in yerişindən heç bir şey ilə fərqlənmirdi. Peyğəmbər - sallallahu aleyhi və səlləm - qızını gördükdə buyurdu: «Xoş gəlmisən qızım. (Mərhəba). Sonra onu sağına yaxud da soluna oturtdu. Qulağına nə isə pıçıldadıqdan sonra qızı ağlamağa başladı. Onun ağladığını görüb qulağına yenə də gizlicə nə isə pıçıldadı. Bu dəfə o güldü. Mən Fatimə - radıyallahu anhə -yə dedim: «Peyğəmbər - sallallahu aleyhi və səlləm - bu qədər zövcələrinin içərsində yalnız sənə sirr dedikdən sonra sən hələ də ağlayırsan!». Peyğəmbər - sallallahu aleyhi və səlləm - getdikdən sonra mən soruşdum. Peyğəmbər sənə nə buyurdu: «Mən Peyğəmbər - sallallahu aleyhi və səlləm -in sirrini ifşa etmərəm». Peyğəmbər - sallallahu aleyhi və səlləm - dünyasını dəyişdikdən sonra mən Fatimə -radıyallahu anhə -dən soruşdum: «Üzərindəki haqqım üçün7 de görüm Peyğəmbər - sallallahu aleyhi və səlləm - sənə nə buyurdu: «Bəli, indi deyə bilərəm. Birinci dəfə o mənim qulağıma pıçıldadıqda buyurdu: «Hər il Cəbrail - əlehissəlam - Quranı mənə bir və ya iki dəfə təkrarladırdı. Ancaq bu dəfə o bunu iki dəfə etdi. Bundan da əcəlimin yaxınlaşdığını başa düşdüm. Allahdan qorx və səbr et. Mən sənin üçün necə də gözəl bir SƏLƏFƏM (keçmişəm). Mən də ağladım. Mənim ağladığımı görüb ikinci dəfə mənim qulağıma pıçıldadı. Ya Fatimə! Mömin qadınların və ya bu ümmətimin qadınlarının seyyidi olmasından razı deyilsənmi (Başqa rəvayətdə: Yaxınlarımdan ilk öncə mənə qovuşan sən olacaqsan)» deyə buyurdu8. Fatimə - radıyallahu anhə - atasınm çəkdiyi izdirabları gördükdə: «Vay atam!» dedi. Peyğəmbər - sallallahu aleyhi və səlləm - ona: «Atan bu gündən sonra bir daha iztirab çəkməyəcəkdir». Xeybərdə yediyi zəhərin acılarını hələ də hiss edirdi. Əbu Hureyrə - radıyallahu anhu - rəvayət edir ki, Xeybər fəth edildiyi zaman Peyğəmbər -sallallahu aleyhi və səlləm - zəhər qatılmış bir qoyun qızardılması hədiyyə edildi. Peyğəmbər: «Burada olan Yəhudiləri toplayın» deyə buyurdu. Dərhal onları bir yerə topladılar. Peyğəmbər: «Sizdən bir şey soruşsam doğrumu cavab verəcəksiniz?» deyə buyurdu. Onlar: «Bəli» deyə cavab verdilər. Peyğəmbər: «Atanız kimdir?» deyə buyurdu. Onlar: «Filankəsdir» dedilər. Peyğəmbər: «Yalan söylədiniz. Atanız filankəsdir» deyə buyurdu. Onlar: «Doğru söylədin» dedilər. Peyğəməbər: «Mənə doğru söyləyəcəksinizmi?» deyə buyurdu. Onlar: «Bəli, əgər biz sənə yalan söyləsək sən bunu biləcəksən necə ki, atamız kimdir sualını bildiyin kimi» dedilər. Peyğəmbər: «Cəhənnəm əhli kimdir?» deyə buyurdu. Onlar: «Biz orada az qalacağıq. Orada bizə siz xələf olacaqsınız!» dedilər. Peyğəmbər: «Rədd olun! Vallahi biz əbədiyyən sizə Cəhənnəmdə xələf olmayacağıq» deyə buyurdu. Sonra: «Bu qoyuna zəhər qatmışdınız, yoxsa yox?». Onlar: «Bəli, qatmışdıq» dedilər. Peyğəmbər: «Nəyə görə belə etdiniz?» deyə buyurdu. Onlar: «Yalançı (bir peyğəmbər) olub-olmadığını yoxlamaq üçün. Əgər yalançı olsaydın bu zəhər sənə təsir edəcəkdi, yox əgər həqiqi bir Peyğəmbərsənsə bu zəhər əsla sənə zərər verməz» dedilər9.
Ölüm anı yaxınlaşınca Aişə - radıyallahu anhə - onu köksünə basırdı. Hicri 11-ci ilin Rəbiul əvvəl ayının 12-si ya da 13-cü günündə ölüm halları onda görünməyə başladıqda, əlini suya salır, üzünə sürtür və buyururdu: «Lə İləhə İlləllah. Şübhəsiz ki, ölümün istirabları çox ağırdır». Daha sonra gözləri səmaya doğru dikildi və: «Allahım o, RAFİQUL-ƏLƏ ən uca dostlar arasında olmaq istəyirəm» dedi. O, gün vəfat etdi. Aişə - radıyallahu anhə - deyir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - dizləri və köksüm üzərində vəfat etdi. Onun ölüm acısını gördükdən sonra artıq kimsənin ölüm acısı məni üzməz»10.
Vəfat xəbəri bir neçə dəqiqədə səhabələr arasında yayıldı. Bu acı xəbər onların dünyalarını qaraltdı. Üzüntüdən şüurlarını itirəcək hala gəlmişdilər. Nə edəcəklərini bilmədən hıçqıra-hıçqıra ağlayırdılar. Ömər - radıyallahu anhu - məscidə gələrək: «Allah münafiqləri yox edincəyə qədər Rəsulullah ölməyəcəkdir» deyə qışqırmağa və öldü deyəni öldürəcəyini söyləməyə başladı. İnsanlar nə edəcəklərini bilmədən şaşqınlıq içində sağa-sola hərəkət edirdilər. Aişə - radıyallahu anhə - deyir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - vəfat etdikdə Əbu Bəkr - radıyallahu anhu - Sunhda idi. Əbu Bəkr - radıyallahu anhu - bu xəbəri eşidincə evindən yola çıxır və məscidin qapısına kimi gəlir. Orada Ömər - radıyallahu anhu - xalqa bir şeylər söylədiyini görür. Lakin əhəmiyyət vermədən Aişə - radıyallahu anhə-nin evinə üzəri örtülü vəziyyətdə olan Peyğəmbər -sallallahu aleyhi və səlləm -in yanına girir. Üzərindəki örtüyü qaldıraraq onu öpür və: “Atam, anam sənə fəda olsun! Sağlığında da səndən gözəl iy gəlirdi, öləndən sonra da səndən gözəl iy gəlir. Nəfsim əlində olan Allaha and olsun ki, Allah ölümü sənə iki dəfə daddırmaz”. Əbu Bəkr -radıyallahu anhu - cəmaatın yanına çıxır. Allaha həmd səna etdikdən sonra: «Ey insanlar! Kim Məhəmmədə ibadət edirdisə bilsin ki, artıq o, vəfat etmişdir. Kim Allaha ibadət edirdisə bilsin ki, Allah əbədi və ölməzdir: «Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər!» (əz-Zumər 30). «Məhəmməd ancaq bir Peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib getmişlər. Əgər o, ölsə və ya öldürülsə siz gerimi dönəcəksiniz? Halbuki geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Lakin Allah şükr edənlərə mükafat verər» (Ali İmran 144)11. Ömər - radıyallahu anhu - deyir ki: «Allaha and olsun ki, Əbu Bəkr - radıyallahu anhu - bu ayəni oxuyuncaya qədər Peyğəmbər-sallallahu aleyhi və səlləm -in vəfatına qane deyildim. Ayəni duyunca dəhşətə gəldim və yerə yıxıldım. Ayaqlarım yerində durmurdu. O, vaxt anladım ki, həqiqətən də Peyğəmbər - sallallahu aleyhi və səlləm - dünyasını dəyişmişdir».
Peyğəmbər - sallallahu aleyhi və səlləm -in cəsədi 2-ci günü yuyuldu. Aişə - radıyallahu anhə -deyir ki: «Onu yumaq istədikdə: «Ölülərimizi soyundurduğumuz kimi onu da soyundurub yuyaq, yoxsa paltarı əynində olduğu haldamı yuyaq» deyə təşviş içində qaldılar. Bu vaxt Allah onlara bir yuxu verdi. Hamımızın çənəsi köksünə düşdü. Evin bir kənarından tanımadıqları biri onlara xitab edərək dedi: «Onu üzərindəki paltarını çıxarmayaraq yuyun». Bundan sonra paltarı üzərindən suyu tökərək yumağa başladılar. Yumaq işinə Əli, Abbas, iki oğlu Fadl, Qasım, Usamə Şarkan su tökür, Əli - radıyallahu anhu - isə yuyurdu. Cəsədi üç dəfə yudular. Cəsədi yuduqları suyu Quba məscidində olan Peyğəmbər - sallallahu aleyhi və səlləm -in də o, sudan içdiyi Sad b. Heysəmə quyusundan gətirmişdilər. Üç parça ağ Yəmən bezi ilə kəfənlədilər. Harada dəfn olunacağını müzakirə etdilər. Bəziləri Məkkədə, bəziləri Qüdsə dəfn olunmasını təklif etdilər. Əbu Bəkr -radıyallahu anhu - isə Peyğəmbərlər öldükləri yerdə dəfn olunurlar dedi və Peyğəmbər - sallallahu aleyhi və səlləm -in otağında qəbr qazıldı. Əbu Təlhə - radıyallahu anhu - qəbrini qazdı. Cənazə namazı qılındı. Otaq darısqal olduğu üçün ilk öncə qohum-əqrabası, sonra mühacirlər, ənsarlar, qadınlar və uşaqlardan başlamaq üzərə insanlar qrup halında gəlib cənazə namazı qılırdılar. Beləcə səhərə yaxın Peyğəmbər - sallallahu aleyhi və səlləm -in mübarək cəsədi qəbrə endirildi və dəfn edildi. Fatimə - radıyallahu anhə - deyirdi: «Ey Ənəs! Allah Rəsulunu torpağa qoyub üzərinə torpaq atmağa könlünüz necə razı oldu»12. Ənəs: «Onu torpağa qoyub üzərinə topraq atmaq bizim də qəlbimizi ağrıtmış, lakin biz bunu onun əmrini yerinə yetirmək məcburiyyəti ilə könüllərimiz ağlaya-ağlaya etdik».

1Əhməd 5/235. Məcmul Zəvaid 9/22.
2Buxari 10/606,607.
3Buxari 8/618, Müslim 18/102.
4Əbu Davud 3207, Nəsai 4/61,62, əl-Albani «Səhih Nəsai» 1846.
5Müsliml5/118.
6Darimi 1/37, İbn Məcə 1465, əl-Albani «Səhih ibn Məcə» 1197.
7Aişə - radıyallahu anhə - Peyğəmbər - sallallahu aleyhi və səlləm -in zövcəsi həm də möminlərin anası
olduğu üçün belə deyir.
8Buxari 2623; Müslüm 2450;
9Buxari Cizyə 7.
10Buxari 7/747.
11Buxari3667.
12Buxari 7/753, İbn Məcə 1630, Darimi 1/40.


Tarix: 27.04.2013 / 17:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 472 Bölmə: Peyğəmbərlərin Həyatı
loading...