beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərimizin Həyatından Gözəl Örnəklər (Səxavətli Olmağın Fəziləti)

Müsəlmana yaraşan ən gözəl davranış, var-dövlətə sahib olmadıqda səbr etməsi, sərvət sahibi olduğu zaman isə bunu Allah (c.c.) yolunda ən gözəl şəkildə xərcləməsidir. Şeytanın hiylələrinə aldanıb, istiqbal narahatçılığı ilə xəsislik edənləri Allah belə xəbərdar edir:
" Allahın, bol ehsanından özlərinə verdiyi şeylərdə xəsislik edənlər bunu özləri üçün xeyirli olduğunu sanmasınlar. Xeyr; bu, onlar üçün şərdir; qiyamət günü, xəsislik etdiklərinə görə cəzalandırılacaqlar. Göylərin və yerin mirası Allahındır. Allah etdiklərinizdən xəbərdardır." (Əl-İmran Surəsi, 180)

Səxavət və israfda fərqi Rəsulullah Əfəndimiz (s.a.v.) çox gözəl açıqlamışdır. Rəsulullah Əfəndimiz xüsusilə Ramazan ayında özündən bir şey istəyənlərə etiraz etməz, mütləq istəklərini gerçəkləşdirməyə çalışardı. Bir hədisdə Rəsulullahın ehtiyac sahibinə, öz adına borc almağını tövsiyə etdiyi rəvayət olunur.
Hz. Əli (r.a.) peyğəmbərimizin səxavəti haqqında belə buyurur: "O insanların ən çox əli açıq olanı, sıxıntılara sinə gəlmək baxımından sinəsi ən geniş olanı, ən doğru sözlü, öhdəsinə götürdüyü işi ən gözəl şəkildə yerinə yetirənidir. O, ən gözəl və yumuşaq təbiətli olub, olup qəbilə və əqrəbasına ən çox güzəşt edən bir insan idi. Onu ilk gören Ondan heybət duyar, söhbət edənlər isə onu çox sevərdi. Ondan birşey istəyəndə olsa varsa verər, vermək imkanı varsa verərdi."(Buxari)
Rəsulullahdan səxavətlə əlaqədar gözəll sözlər: "Allah səxavətlidir, səxavəti və gözəl əxlaqı sevər, pis əxlaqı sevməz."(Haraiti)
"Səxavət cənnət ağaclarından bir ağacdır. Budaqları dünyaya sallanmışdır. Hər kim onun budağından yapışarsa o budaq onu çəkər cənnətə aparar." (İbn Hibban, "Zuafa”)
"Allahu Təala bütün vəliləri səxavətli və gözəl əxlaqlı qılmışdır." (Darəkutni)
"İki xislət vardır ki, Allahu Təala onları sevər ve iki xislətə də qəzəblənər. Sevdiyi xislətlər; səxavət və gözəl əxlaq. Sevmədiyi iki xislət isə xəsislik və pis xasiyyətdir." (Deyləmi)
"Bol yedirtmək, hər kəsə salam vermək və gözəl danışmaq məğfirəti qazandıran səbəblərdəndir. Allahu Təala bir qisim qullarına, səxavəti hamıya xərcləmək üçün bir sərvət olaraq vermişdir. Bunlardan xəsislik edən olarsa ondan alar və başqasına verər." (Tabərani)
"Səxavət, Allaha yaxın, insanlara yaxın, cənnətə yaxın, və cəhənnəmdən uzaqdır. Xəsis isə Allahdan uzaq, insanlardan uzaq, cənnətdən uzaq fəqət cəhənnəmə yaxındır." (Tirmizi)

Bu gözəl məqaləni bir mömin bacımız göndərib.Allah ondan razı olsun.


Tarix: 27.04.2013 / 16:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 134 Bölmə: Peyğəmbərlərin Həyatı