beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏR (sav) XANIMLARINI TANIMAQ

Peyğəmbər - sallallahu aleyhi və səlləm in 13 zövcəsi olub. Bunlardan 11 ilə yaşamış, 2-si ilə yaxınlıq etməmiş onları boşamışdır. Cevniyyə adlı bir qadına evlənmək xəbərini göndərir. Lakin qadın Peyğəmbər - sallallahu aleyhi və səlləm - dən Allaha sığındığı üçün Allah da onu qorudu. Evlənməyərək onu ailəsinə geri göndərdi. Peyğəmbər- sallallahu aleyhi və səlləm - vəfat etdikdə zövcələrindən 2-si XƏDİCƏB. XUVEYLİD, Zeynəb b. Xuzeymə - radıyallahu anhə - vəfat etmiş, 9-u isə sağ idi. Xanımlarının ilki Xədicə b. Xuveylid b. Əsəd b. Abdiluzzadır. Peyğəmbər -sallallahu aleyhi və səlləm - onunla 25 yaşında ikən evləndi. O, ölüncəyə qədər başqa bir qadınla evlənmədi. Əli - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: “Zamanında dünya qadınlarının ən xeyirlisi İmranın qızı Məryəmdir. Bu ümmət qadmlarının ən xeyirlisi də Xuveylidin qızı Xədicədir”1. Əbu Hureyrə - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - Hira mağarasında ikən yanına Cəbrail - əleyhissəlam - gəldi və dedi: «Ya Rəsulallah! Bu Xədicədir. Sənə doğru gəlir. Yanında bir qab da vardır. Xədicə sənin yanına çatdıqda ona Allahdan və məndən salam de və ona söylə ki, Cənnətdə onu səsdən, gurultudan və məşəqqətdən uzaq daş-qaşlı bir saray gözləyir»2. Sonra SEVDA B. ZEMA - radıyallahu anhə - ilə evləndi. Sonra Məkkədə Əbu Bəkr - radıyallahu anhu - nun qızı AİŞƏ - radıyallahu anhə - ilə nigahlandı.

O, zaman o, 6 yaşında idi və Peyğəmbər - sallallahu aleyhi və səlləm - onunla hicrətdən sonra 9 yaşında ikən bir araya gəldi. Aişə - radıyallahu anhə - hicrətin 58-ci ilində vəfat etdi. Peyğəmbər - sallallahu aleyhi və səlləm - ilə birlikdə 9 il 5 ay bir yerdə olmuşlar. Peyğəmbər - sallallahu aleyhi və səlləm - dünyadan köçdüyü zaman onun 18 yaşı var idi. Peyğəmbər - sallallahu aleyhi və səlləm - in zövcələri onun ölümündən sonra ömürlərinin sonuna qədər heç bir kimsə ilə evlənməmişlər. Aişə - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər -sallallahu aleyhi və səlləm - ona buyurdu: «Ya Aişə! Bu Cəbraildi, sənə salam söyləyir». Aişə: « VƏ ALEYHİS SƏLAMU VƏ RAHMƏTULLAHİ Allahın salamı və rəhməti onun üzərinə olsun» deyə cavab verdim3. Aişə - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Ya Aişə! Sən üç gecə yuxumda mənə göstərildin. Sənin surətini mənə ipəkli bir parçada mələk gətirdi və: «Bu rəsmin sahibi sənin zövcəndir!» dedi. Nəhayət mən sənin üzünü açınca baxdım ki, o, surət sən idin4. Aişə - radıyallahu anhə - rəvayət edir ki, mən heç bir qadın haqqında Xədicəyə qarşı qısqandığım dərəcədə qısqanc olmadım. Halbuki o, Peyğəmbərin mənimlə evlənməsindən 3 il əvvəl vəfat etmişdir və mən onu əsla görməmişdim. Ona qarşı olan qısqanclığımın səbəbi Peyğəmbər - sallallahu aleyhi və səlləm - in onun adını tez-tez zikr etməsinə görə idi5. Hicrətdən 2 il sonra Ömər - radıyallahu anhu - nun qızı HƏFSƏ - radıyallahu anhə - ilə evləndi. Abdullah b. Ömər - radıyallahu anhu - deyir ki, (atam) Ömər - radıyallahu anhu - qızı Hafsə - radıyallahu anhə - nin dul qalmasını belə anladır6. Ömər: «Osman - radıyallahu anhu - ilə qarşılaşdım və qızım Hafsəni ona ərz edib dedim. İstəyirsən Hafsa b. Öməri sənə nigahlayım». (Cavab olaraq) O: «Mən bu haqda fikirləşıb sənə deyərəm» dedi. Mən bir neçə gün gözlədikdən sonra o, mənimlə görüşüb dedi: «Bu günlərdə evlənmək qərarına gəlməmişəm» dedi. (Bir müddətdən sonra) Əbu Bəkr əs-Sıddık - radıyallahu anhu - ilə qarşılaşdım. Ona da: «İstəyirsən qızım Hafsə b. Öməri sənə nigahlayım» dedim. Əbu Bəkr heç bir söz deməyib susdu. Ona, Osmana qəzəb etdiyimdən də çox qəzəbləndim. Bir neçə gün də gözlədikdən sonra qızımı Peyğəmbər - sallallahu aleyhi və səlləm - ilə niğahladım. Sonra Əbu Bəkr - radıyallahu anhu - məni görüb: «Yəqin Hafsə - radıyallahu anhə - ni mənə nigahlamaq istədikdə mənim cavab vermədiyimi görüb qəzəbləndin» dedi. Mən dedim: «Bəli». O: «Sənə cavab verməkdə mənə yalnız bir şey mane olurdu. O, da Peyğəmbər - sallallahu aleyhi və səlləm - in sənin qızınla nigah etmək istədiyini bildiyim üçün. Mən də Peyğəmbər - sallallahu aleyhi və səlləm - in sirrini ifşa edib aça bilmərəm. Əgər Peyğəmbər - sallallahu aleyhi və səlləm - onunla evlənməkdən vaz keçsəydi, əlbəttə mən onunla evlənərdim» dedi7. Həfsə - radıyallahu anhə - Mədinədə hicrətin 45-ci ilində vəfat etdi. Cənazə namazını o, zaman Mədinə vəlisi Mərvan qılıb. Sonra əsl adı Hind b. Əbi Umeyyə olan UMMUSƏLƏMƏ - radıyallahu anhə - ilə evləndi. Ən son ölən xanımıdır. Hicrətin 59-cu ilində 60 yaşında Yezidin xəlifəliyi dönəmində vəfat etmişdir. Sonra ZEYNƏB B. CƏHŞ - radıyallahu anhə - ilə evləndi ki, o da Peyğəmbər - sallallahu aleyhi və səlləm - ilə evləndi ki, o da Peyğəmbər - sallallahu aleyhi və səlləm - in vəfatından sonra xanımlarından ən tez vəfat edəndir. Aişə - radıyallahu anhə- rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - in zövcələrindən bəziləri: «Ey Allahın Rəsulu! Hansımız sənə daha tez qovuşacağıq» dedilər. Peyğəmbər: «Qolu ən uzun olanınız» deyə buyurdu. Onlar da bir ölçü alıb qollarını ölçməyə başladılar. Ən uzun qolu olan Sevda b. Bilaharə oldu. (Başqa rəvayətdə: Zeynəb b. Cəhş - radıyallahu anhə - idi). Onun qolunun uzunluğundan murad sədəqə imiş. Çünkü o, çox sədəqə verməyi sevərdi. İlk öncə ona qovuşan da o, oldu8. Ömər - radıyallahu anhu - nun xəlifəliyinin ilk dönəmlərində (Bax: əl-Əhzab 37). Sonra CUVEYRİYYƏ B. HƏRİSLƏ - radıyallahu anhə - evləndi. Bu qadın kölə olur. Peyğəmbər - sallallahu aleyhi və səlləm - onu azad edib alır. Hicri 26-cı ildə Rəbbiul-Əvvəl ayında vəfat etdi və cənazəsini Mərvan qıldırdı. Sonra UMMUHƏBİBƏ - radıyallahu anhə - ilə evləndi. Onun da əsl adı RƏMLƏ idi. Əbu Sufyan b. Hərbin qızı idi. Həbəşistana hicrət edənlərdən idi. Hicri 44-cü ildə Muaviyə - radıyallahu anhu - nun xəlifəliyi dönəmində vəfat etmişdir. Xeybərin fəth edilməsindən sonra nadir oğullarından Huyey b. Ahtabın qızı SƏFİYYƏ - radıyallahu anhə - ilə evləndi. Bu qadın Harun - əlehissəlam - ın sülaləsindən idi. Hicri 50-ci ildə 52 yaşında vəfat etmişdir. ZEYNƏB B. XUZEYMƏ - radıyallahu anhə - ilə evlənir. Evləndikdən 2 il sonra vəfat edir. Sonra MEYMUNƏ B. HƏRİSLƏ - radıyallahu anhə - evləndi. Peyğəmbər - sallallahu aleyhi və səlləm - in ən son evləndiyi qadın budur. Muaviyə - radıyallahu anhu - nun xəlifəliyi dönəmində Şərəfdə vəfat etmişdir. Qəbri də hələ oradadır. «(Peyğəmbərin) zövcələri möminlərin analarıdır» (əl-Əhzab 6).
Peyğəmbər - sallallahu aleyhi və səlləm - in 4 cariyəsi də vardır: Bunlar MARİYƏ -radıyallahu anhə, hansı ki, İbrahim adlı övladı da ondan idi. REYHANƏ B. ZEYD, ƏBU UBEYDƏ və əsirlər arasından götürdüyü bir cariyə. Bunları azad edib evlənmişdir9. Aişə -radıyallahu anhə - rəvayət edir ki, Caunun qızı Allah Rəsulunun hüzuruna gətirildikdə Allahın Rəsulu ona yaxmlaşmaq istədi, lakin bunu görən qız dedi: «Səndən Allaha pənah aparıram». Peyğəmbər: «Sən əzəmətli Allaha pənah apardın. İndi isə ailənə dön» deyə buyurdu10. Daha sonra Allah ona tək qalmağı və Rəbbinə ibadət etməyi sevdirir.
PEYĞƏMBƏR SALLALLAHUALEYHİVƏSƏLLƏM İN ƏMİLƏRİNİ VƏ
XALALARINI TANIMAQ
Allahın və elçisinin aslanı, şəhidlərin başçısı Həmzə b. Abdulmuttalib, Abbas, Əbu Talib(adı: Abd Mənaf), Əbu Ləhəb (adı: Abd əl-Uzza), Zubeyr, Abd əl-Kaba, əl-Mukavvim, Dirar, Kusam, Muğirə, Giydaq (adı: Nofəl). İçlərində müsəlman olanları sadəcə Həmzə və Abbas - radıyallahu anhum - dur. Zubeyr b. Avvamın anası Səfiyyə, Atiqə, Bərra, Arva, Umeyyə və Ummu Hakim əl-Beydə. Bunlardan yalnız Səfiyyə - radıyallahu anhə - müsəlman olmuşdur.

1Müslim 2430.
2Müslim 2432.
3Müslim 2447.
4Müslim 2438.
5Müslim 2432.
6Həfsə - radıyallahu anhə - nin yoldaşı Hunays b. Xuzeyfə əs-Saxmi - radıyallahu anhu - idi. Peyğəmbər -
sallallahu aleyhi vəsəlləm – in səhabələrindən idi. Bədr döyüşündə aldığı yaradan Mədinədə ölür.
7Buxari 4005.
8Buxari «Zəkat» 11, Nəsai «Zəkat» 66,67.
9İbn Həzm «Cəvamius Sıra» 40, İbn Əsakir «Tarixu Dəməşq» 1/136-138, Təhzibu Əsməu vəl Luğət 1/27.
10Buluğul Məram «Nigah».


Tarix: 27.04.2013 / 16:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 322 Bölmə: Peyğəmbərlərin Həyatı