beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏR (SAV)-İN MƏKTUBLARI

HƏBƏŞİ KRALI NƏCAŞİ - əsl adı Əshəmə b. Əbcardır. “Rahmən və Rahim olan Allahın adı ilə. Hidayətdə olanlara, Allah və Rəsulunun salamı olsun. Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq heç bir haqq ilah yoxdur, O təkdir və şəriki də yoxdur, O nə doğmuş nə də doğulmuşdur.

. Yenə də şəhadət edirəm ki, Muhəmməd onun qulu və Rəsuludur. İslama gir və salamat ol! «(Ya Muhəmməd!) Söylə ki, Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin! Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək! Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: İndi şahid olun ki, biz həqiqətən müsəlmanlarıq (Allaha təslim olanlarıq)» (Ali-İmran-64)”. Peyğəmbər - sallallahu aleyhi və səlləm - Nəcaşinin yanına elçi olaraq Amr b. Umeyyə əd-Damriyi göndərmişdir. Nəcaşi məktubu alıb gözünə qoydu. Cəfər b. Əbu Talibin əli ilə müsəlman oldu. Peyğəmbər - sallallahu aleyhi və səlləm -ə cavab məktubu yazaraq İslama girdiyini və müsəlman olduğunu yazdı. H. 9-cu ili Rəcəb ayında vəfat edir. Peyğəmbər - sallallahu aleyhi və səlləm - onun üçün cənazə namazı qılır. Peyğəməbr - sallallahu aleyhi və səlləm - müsəlman Nəcaşinin yerinə keçən krala da məktub yazmışdır. Lakin onun müsəlman olub-olmadığı bilinmir. Əbu Hureyrə - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: “Həbəşilərin sahibi Nəcaşinin vəfatını, öldüyü günü insanlara xəbər verdi (Başqa rəvayətdə: Bir qardaşınız ölmüşdür. Allahın yaxşı bir qulu Ashamə öldü. Xalqı musəlləyə çıxardıb dörd təkbir aldı (qardaşınız üçün (Allahdan) məğfirət diləyin)”1.
BİZANS İMPERATORU HERAKL – “Rahmən və Rahim olan Allahın adı ilə. Allahın Rəsulu Muhəmməd - sallallahu aleyhi və səlləm - dən Rumun İmperatoru Herakla! Salam olsun doğru yolda olanlara! Ey Rum imperatoru! Mən səni İslama dəvət edirəm. İslamı qəbul et və canını qurtar. Allah da sənin əcrini iki qat versin. Əgər bu dəvətimi qəbul etməzsənsə ətrafındakı xristianların da günahı sənin boynunadır. «(Ya Muhəmməd!) Söylə ki, Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin! Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək! Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: İndi şahid olun ki, biz həqiqətən müsəlmanlarıq (Allaha təslim olanlarıq)» (Ali-İmran-64)”. Peyğəmbər - sallallahu aleyhi və səlləm - məktubu Herakla Dihyə b. Xəlifətil Kəlbi ilə göndərmişdi. Herakl Xımsda Rumun böyüklərini hüzuruna dəvət etdi. Dəvət olunanlar saraya daxil olduqdan sonra (sarayın) qapılarının bağlanmasını əmr etdi. Sonra hündür bir yerə çıxaraq: «Ey Rum cəmaatı! Haqq yoluna yönəlmək və mülkünüzün qalmasını istəyirinizsə bu Peyğəmbərə beyət edin!» deyə xitab etdi. (Bu sözləri eşidcək) onlar vəhşi eşşəklər kimi qapılara doğru qaçmağa başladılar. Lakin qapıların bağlı olduqlarını gördülər. (Herakl) bu dərəcədə nifrətin və onun sözlərinin (onlar üçün) heç bir əhəmiyyət kəsb etmədiyini, onların iman gətirməyəcəklərinə ümüdünü kəsərək: «Onları geri çağırın!» deyə əmr etdi. (Onlar qayıtdıqda) O: «Mən bu sözləri yalnız sizin dininizə bağlılığınızı yoxlamaq üçün söylədim. İndi isə (sizin dininizə bağlılığınıza) gözlərimlə şahid oldum!» deyə cavab verdi. Bu sözlərdən sonra oradakılar (öz məmnuniyyətlərini bildirməkdən ötrü) onun qarşısmda təzim olaraq səcdəyə qapandılar. Bu da Heraklı (İslam ilə bağlayan) son hadisə idi2.
MİSİR KRALI MUKAVKİS - əsl adı Cureyc b. Minadır. “Rahmən və Rahim olan Allahın adı ilə. Allahın Rəsulu Muhəmməd - sallallahu aleyhi və səlləm - dən Qibtilərin böyük rəisi əl-Mukavkisə. Salam olsun doğru yolda olanlara! Sonra: «Mən səni İslama dəvət edirəm. İslamı qəbul et və canını qurtar. Allah da sənin əcrini iki qat versin. Əgər bu dəvətimi qəbul etməzsənsə ətrafındakı Qibtilərin də günahı sənin boynunadır. «(Ya Muhəmməd!) Söylə ki, Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin! Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək! Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: İndi şahid olun ki, biz həqiqətən müsəlmanlarıq (Allaha təslim olanlarıq)» (Ali-İmran-64)”. Məktubu Mukavkisə elçi olaraq Xatib b. Əbi Bəldə göndərmişdir. “Bu yaxınlarda bir peyğəmbərin Şam tərəfdən çıxdığını zənn edirdim – dedi, - lakin müsəlman olmadı”. Misirin ən gözəl iki cariyəsini Mariyə və Sirin və bir də Duldul adlı eşşəyi də göndərdi. Sirini Həsən b. Sabitə verdi. Mariyə ilə özü nigahlanır.
FARS KRALI KİSRA – “Rahmən və Rahim olan Allahın adı ilə. Allahın Rəsulu Muhəmməd - sallallahu aleyhi və səlləm - dən İranlıların böyüyü Kisraya. Hidayətə ittiba edən və Allah Rəsuluna inanan, ortağı və şəriki olmayan Allahdan başqa haqq ilah olmadığına, Muhəmmədin Onun qulu və Rəsulu olduğuna bəyan edənlərə salam olsun. Mən səni İslam dininə çağırıram. Çünki mən hər canlını dinə dəvət, kafirlərə qarşı Allahın sözünü yerinə yetirmək üçün bütün insanlar nəzdnində Allahın Rəsuluyam. O, halda İslamı qəbul et və salamat ol. Rədd edən məcusilərin günahı sənindir”. Məktubu elçi olaraq Abdullah b. Xuzafə əs-Səhmi vermişdi. Məktubu oxuyan kimi parça-parça etdi və: «Mənim əlim altında olan bəsit bir qul öz adını mənim adımdan özncə yazmış» deyə qəzəbini bildirdi. Bu xəbər Peyğəmbər - sallallahu aleyhi və səlləm –çatdı – “Allah onun mülkünü dağıdsın”. Peyğəmbər - sallallahu aleyhi və səlləm -in duası qəbul olundu. Öz oğlu onu devirərək haklimiyyətə keçdi. Ömər - radıyallahu anhu - nun dövründə isə darmadağın edildilər və İslam torpaqlarına qatıldılar.
DƏMƏŞQ RƏİSİ HƏRİS B. ƏBİ ŞƏMR ƏL-QASSANİ – “Rəhman və Rəhim olan Allahın adı ilə. Allah Rəsulu Muhəmməddən Həris b. Əbi Şəmrə. Hidayətə uyub Allaha iman edən və doğrulayana salam olsun. Mən səni heç bir şəriki olmayan bir və tək Allaha iman etməyə çağırıram. Belə edərsənsə məmləkətin sənə qalar”. Bu məktubu Şuca b. Vəhb əl-Əsədlə göndərmişdi. Məktubu oxuduqdan sonra tulladı və: «Kim mənim məmləkətimi məndən alacaqmış?» - deyə soruşdu.
YƏMƏN RƏİSİ HƏVZƏ B. ƏLİ – “Rəhman və Rəhim olan Allahın adı ilə. Allah Rəsulu Muhəmməddən Həvzə b. Əliyə. Hidayətdə olanlara salam olsun. Bil ki, dinim bütün Ərəbistana yayılacaqdır. İslamı qəbul et və salamat ol! Əlin altında olan mülkün sənə qalsın”. Bu məktubu Suheyl b. Amr əl-Amirlə göndərmişdir.
BƏHREYN KRALI UNZİR B. SAVİ - Ala b. əl-Hadramla İslama çağıran məktubu ona göndərdi. Məktubu alar-almaz qövmündən bir çox kimsəylə müsəlman oldu.
OMAN KRALI CƏFƏR VƏ QARDAŞI - Məktubu Amr b. əl-Assla göndərmişdir. Məktubu alıb oxuduqdan sonra bir neçə gün düşündülər və İslamı qəbul etdilər. Bu hadisə fəthdən sonra baş vermişdir.
BƏSRƏ RƏİSİ - Bəsrə rəisi üçün hazırladığı məktubu Həris b. Umeyr əl-Əzdi ilə göndərdi. Bu səhabə Mutə adlanan yerdə Şurahbil b. Amr əl-Qassani tərəfindən şəhid edilir. Bu Allah Rəsulunun elçilərinə qarşı yönəldilmiş ən şiddətli bir hal idi. Onun bu çirkin davranışı döyüş demək idi. H. 8-ci il Cəmədiul əvvəl (Cumədəəl Ulə) ayında Peyğəmbər - sallallahu aleyhi və səlləm - 30 min nəfərlik bir ordu hazırlayaraq başlarına Zeyd b. Hərisi qoydu və: «Zeyd öldürülürsə, Cəfər b. Əbu Talib onun yerinə keçsin, o da öldürülürsə Abdullah b. Rəvaha başçılığı ələ alsın» - deyə buyurdu. Peyğəmbər - sallallahu aleyhi və səlləm - bu döyüşdə iştirak etmir. Onlara nəsihət verərək buyurur: «Onları İslama dəvət edin, qəbul etməzlərsə döyüşün. Allahın adı ilə və Allahın yolunda çıxın. Xəyanət etməyin və həddi aşmayın. Uşaqlara, qadınlara, yaşlılara və evləri xaraba qoyub ağacları da kəsməyin». Ən şiddətli döyüşlərdən biridir tarixdə. 30 minlik bir qüvvəyə qarşı 200 minlik bir Roma və Ərəblər öz qüvvələrini səfərbər etmişdilər. Belə də oldu, bayrağı Zeyd b. Həris götürdü və şəhid olana qədər döyüşdü. Sonra bayrağı Cəfər götürdü sağ əli kəsildikdə bayrağı sol əlinə aldı. Bu əli də kəsildikdə bayrağı bağrına basdı və 90-a yaxın yara alaraq şəhid edildi. Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu ki, Cəfərə iki qolu əvəzinə Cənnətdə qanad verilmişdir. Sonra bayrağı Rəvaha götürdü o, da şəhid olana qədər döyüşdü. Bundan sonra Sabit b. Ərkəm bayrağı əlinə alaraq qışqırdı: «Özünüzə başçı seçin». Xalid b. Vəlib başçı təyin edildi. Xalid - radıyallahu anhu - deyir ki, bu döyüşdə 9 qılınc sındırdım3. Lakin sonra Allah zəfəri bizə müyəssər etdi. Ona bu döyüşdən sonra Seyfullah (Allahın qılıncı) ləqəbi verilmişdir. Müsəlmanlar 12 min şəhid verdilər4.

1 Müslim 951.
2 Buxari 7, Müslim 1773.
3 Buxari. 4Buxari4261
4Buxari4261


Tarix: 27.04.2013 / 16:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 366 Bölmə: Peyğəmbərlərin Həyatı