Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Portağal görmək

Yetişmiş meyvələrlə dolu ağac görmək sağlam və əlverişli ətrafa işarədir. Portağal yemək pis hadisələrin olacağına işarədir: Bu o deməkdir ki, dostunuzun və ya qohumlarınızın xəstəliyi sizi kədərləndirəcək. Əgər bu portağallar təzə və ətirlidirsə, çox güman ki, tale sizin üzünüzə güləcək. Yuxuda portağal yeyən gənc qadın, ola bilsin ki, sevgilisini itirsin. Əgər o, ağacın ən yüksək yerində bitən gözəl portağal görübsə, onda ər seçimində ehtiyatlı olacaq. Əgər ayağınızın altında portağal qabığı qalıb sürüşmüsünüzsə – bu, qohumunuzun ölümünə xəbərdarlıqdır. Yuxuda arvadınızın təkidi ilə portağal almısınızsa və onun portağal yediyini görmüsünüzsə, bu o deməkdir ki, işlərinizdə xoşagəlməz hallar öz-özünə həllini tapacaq və qazanc əldə edəcəksiniz.


Tarix: 30.03.2014 / 20:40 Müəllif: Ebulfez Baxılıb: 66 Bölmə: P hərfi
loading...