Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pişik görmək

Yuxuda pişik görmək uğursuzluqdur. Əgər pişik üstünüzə atılırsa, sizi məhv etmək üçün əlindən gələni əsirgəməyən düşmənləriniz olacaq. Pişiyi qovursunuzsa, dalınca qaçırsınızsa, yaxşı əlamətdir. Böyük maneələri aradan qaldıraraq taleyiniz üzünüzə güləcək. Yuxunuza arıq, çirkli pişik giribsə, səfeh xəbərlər gözləyin. Dostlarınızdan kimsə ağır xəstədir, lakin yuxuda pişiyi qovub rədd etməyə müvəffəq olursunuzsa, dostunuz sağalacaq. Pişiklərin miyoldaması, ciyiltisini eşitmək sizə pislik etmək istəyən yalançı dostunuzun olduğuna işarədir. Yuxuda pişik sizi cırmaqlayıbsa, uzun müddət çalışdığınız işdən gələn gəliri düşmənləriniz əlinizdən alacaq. Gənc qadın yuxuda əlində pişik və ya pişik balası tutubsa, hansısa çirkin işə cəlb olunacaq. Yuxuda təmiz, ağ pişik görmək qeyri-müəyyənlik, dolaşıqlıq, vəziyyətinizin pisləşəcəyinə işarədir. Yuxuda ticarətçi pişik görübsə, maksimal dərəcədə çalışmalıdır ki, rəqibləri onun işlərini pozmasın. Əlindən gələni etməlidir ki, uğur əldə etsin. Yuxuda ilanla pişiyin dostlaşdığını görmək qızğın mübarizənin başlanğıcına işarədir. Bu o deməkdir ki, hansısa sirri açmaq, hansısa məqsədlər üçün düşməninizə yardım edirsiniz. Ondan aldığınız məlumatın doğruluğuna inanmayaraq onlardan imtina edəcəksiniz, belə ki, gizli həyatınızın təfsilatları qeybət, dedi-qodu obyektinə çevrilə bilər.



Yuxuda pişik tutmusunuzsa, bu, arzularınızın həyata keçəcəyinə işarədir. Himayəçi və müdafiəçi qazanacaqsınız.



Pişik – mənfi qüvvələr, əcinnələr, ziyarətgahlar, uğur işarəsidir.Yuxuda şəhərdə yol boyu gedən pişik görmək o deməkdir ki, bəşəriyyətə müdriklik gətirən dahi insanın peyda olmasından əvvəl insanlar əlamət kimi pişik və digər heyvanları tanıyacaqlar. Yuxuda şir ölçüsündə pişik görmək o deməkdir ki, əmin-amanlığınız heyvanlarla münasibətdə düşünülmüş siyasətdən asılıdır. Qırmızı gözlü qara pişik görmək 2023-cü ili xarakterizə edən qanlı münaqişələrə səbəb olan məkrli niyyətlərdən xəbər verir. Siçan cildində pişik görmək 2008-ci ilin hadisələri 2011-ci ildə başa çatacaq qisas,hesablaşmalara gətirib çıxaracaq. Pişiyi təsadüfən öldürmək o deməkdir ki, 2045-ci ildə Misirdə beynəlxalq təhlükəli cinayətkar tutulacaq. Pişiklərlə dolu şəhər görmək – ekoloji böhran, quraqlıq,aclıqdan xəbər verir. Yuxuda pişiklərlə dolu səbət görmək on ilədn sonra hakimiyyətə ilahiləşdiriləcək güclü bir insanın gələcəyinə işarədir. Bu dövrü demokratiya və müstəqillik dövrü adlandırmaq olar. Müqəvva pişiklər sərgisini görmək – axirətə inanan insanlara rəsmi şəkildə divan tutulmasına işarədir. Böyük bir itin üzərinə hücum edən pişik sürüsü görmək 2018-ci ildə mənfi və müsbət qüvvələr arasında böyük qarşıdurma olacağına işarədir. Yuxuda tələyə düşmüş zolaqlı pişik görmək Allah tərəfindən göndərilmiş, tanınmayan bir adamın qəsdən öldürüləcəyinə işarədir.Yaşıl gözlü qırmızı-sarı pişik görmək Yaponiya ənənələri ilə bağlı Yaponiya və digər ölkələr arasında münasibətlərin kəskinləşməsinə səbəb olan hadisələrə işarədir.Rəngli lentlərlə bəzədilmiş bir cüt pişik görmək – 2047-ci ildə həmin dövrə qədər əməkdaşlıq etməmiş ölkələr və xalqları birləşdirəcək hadisə baş verəcək. Yuxuda pişiyin gümüşü fincandan şərab dağıtdığını görmək 2011-ci ildə gərgin əmək və qanunvericiliyə uyğun həyat tərzinin nəticəsi olaraq uğur və çiçəklənmə simvoludur.


Tarix: 30.03.2014 / 20:17 Müəllif: Ebulfez Baxılıb: 186 Bölmə: P hərfi
loading...