Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Palçıq görmək

Palçıq – zənginlik, dedi-qodu, qızğın fəaliyyət əlamətidir. Keçilməz palçıq görmək – uyğunsuz bir zamanda insanların üzərinə çökəcək uğursuzluqlar, xəstəliklər və ağır vaxtlara işarədir. Şəhərin palçığa büründüyünü görmək – nəinki maddi çətinlik, eləcə də ölüm halların səbəb olan təbii fəlakətlərə işarədir. Palçığın içərisində qızıl qəpiklər görmək nəsillər boyu qazanılan maddiyatı sərf edən dəyərsiz bir insanın itaətinə işarədir. Yuxuda özünə palçıq sürtən insan görmək insanlara əziyyət verən və heç bir dərmanın kömək etmədiyi və insanların müalicə üçün təbii qüvvələrə sığındığı xəstəliyə işarədir. Yuxuda qabın içinə palçıq töküldüyünü görmək zənginlik və ümumi çiçəklənmə dövrünə işarədir.Quyuda təmiz su ilə birgə çöküntü, palçıq görmək – Fransanın böyük qəza nəticəsində içməli su problemi ilə qarşılaşacağına və bunun həlli üçün böyük zaman lazım olacağına işarədir. Əlindəki palçığı silmək istəmək zənginlik, işlərdə uğur və böyük pullara işarədir.Yuxuda palçığa batmısınızsa, həyatda gücsüzlük və zəifliyinizin şayiələrə səbəb olacağına işarədir. Palçığa, çirkaba düşmək – düşünülməmiş hərəkətləriniz yaxınlarınızla mübahisələrə gətirib çıxaracaq. Paltarını palçığa bulaşdırmaq dedi-qodu və mübahisələrə işarədir.Yuxuda palçıqlı ayaqqabılar ədavət və düşmənçiliyə işarədir.Ehtiyatlı olun, özünüzü münaqişəyə cəlb etməyə imkan verməyin. Palçıqla çirklənmiş paltar görmək – nüfuzunuz təhlükə altındadır.


Tarix: 26.03.2014 / 13:20 Müəllif: Ebulfez Baxılıb: 116 Bölmə: P hərfi
loading...