beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kötük
Kötük

Kök - təməl, kök - dayaz, kök - dərin;
Gövdə - güc birliyi köklərin.
Köklərin ardıdır kötükcə,
Necədir, hardadır kötükcə?

Ömür qış günütək qısalıb,
Şeh - sarı yarpaqda göz yaşı.
Ağaclar nə yaman azalıb?
Kötüklər - meşədə “başdaşı”.

Söyləyib təbiət sağlığı,
Şərab da, şirə də içirəm.
...Küçədə siqaret qalığı -
Kötük... ayaqlayıb keçirəm!


Tarix: 25.05.2015 / 12:48 Müəllif: Aziza Baxılıb: 86 Bölmə: Oqtay Rza