beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu qız
Bu qız

Bu qız totuq, sevimli,
Ağlamır, gülümsəyir.
Böyüyüb söyləyəcək:
- Baba, sabahın xeyir!
...Nəvəm belə olacaq.
Bu qız məktəb geyimli,
Qisməti xoş duyğular;
Sol əlində qərənfil,
Sağ əlində kitab var.
...Nəvəm belə olacaq.
Küçəni yağış yuyur,
Bu qız çətir götürüb,
Səhər - səhər özünü
İslanmaqdan qoruyur.
...Nəvəm belə olacaq.
Bu qız gəlin köçür ki
Baharın ilk ayında!
Ürəyim pıçıldadı:
“Sən o vaxt olmayanda...
Aysel belə olacaq;
İndiki bapbalaca
Aysel belə olacaq!”


Tarix: 25.05.2015 / 12:48 Müəllif: Aziza Baxılıb: 187 Bölmə: Oqtay Rza