beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təyyarə......
Təyyarə......

Bir gün olacaq sərin yaz günü
Ey uzaq ellərə gedən təyyarə,
Sənli həsrətimi, sevgi yükümü,
Yetirginən yarə yetən təyyarə

Tayyarə yolunu kəsərəm gecə,
Sevgili sirrimi bildirmək üçün.
Həsrətin saçını yolub gizlicə,
Ayrılıq odunu söndürmək üçün.

Yalan uydurardım o gecə sənə,
Səni qaytarmaqçün öz həyatıma
“Bəlkə dönəcəyəm” deyərsən mənə,
Mən də inancam o yalanına,

İndi o təyyarə səni, gözləyir,
Başımda dolanır durur suallar,
Bəlkə də bir başqası səni özləyir.
Yoluna qatılır həsrətli yollar.

İndi mən təyyarə gördüyüm zaman,
Ağlıma ayrılıq kəlməsi salır.
Bütün təyyarələr düşməndi mənə,
Axı sevdiyimi əlimdən alır.


Tarix: 04.06.2015 / 16:44 Müəllif: Aziza Baxılıb: 201 Bölmə: Nigar Duyğu