Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Nigar DuyğuBir sözün yetər

Bir sözün yetər

Bircə sözün yetər, sənə gələrəm,
Sənli günlərimi qoxumaq üçün.
Misraya dönərəm , şeirə dönərəm,
Özlədiyində məni oxumaq üçün.

Bircə sözün yetər nura dönərəm,
Gözünə mələk görünmək üçün.
Çiçəyə dönərəm, gülə dönərəm,
Hər sabah sevgiylə öpülmək üçün.

Bircə sözün yetər, bala dönərəm,
O şirin ləbinə qovuşmaq üçün.
Günəşə dönərəm, aya dönərəm,
Səni səmalardan soruşmaq üçün

Bircə sözün yetər, quma dönərəm,
Ayağın altına sovrulmaq üçün.
Tikana dönərəm, daşa dönərəm,
Səni yad gözlərdən qorumaq üçün.

Bircə sözün yetər gözə dönərəm,
Axan göz yaşını qurutmaq üçün.
Nəğməyə dönərəm, sözə dönərəm,
Səni qucağımda uyutmaq üçün.

Damarda dolaşan qana dönərəm,
Ruhumla ruhuna qovuşmaq üçün.
Anılan mənalı ana dönərəm,
Kövrək duyğularında yaşamaq üçün.

Ən zərif, ahəngli rəngə dönərəm
Səni xəyallara daldırmaq üçün.
Səmanı şəfəq tək mən bürüyərəm.
Səni zirvələrə qaldırmaq üçün. Ardı »

Nigar DuyğuTükənmədi, bitmədi

Tükənmədi, bitmədi

Onu hansı zaman görsəm uzaqdan,
Bilirəm ki onun mənə sözü var.
Beləcə həsrətlə baxışmamızdan,
Duyuram ki, gözlərimdə gözü var.

Neçə ildi mən susaraq danışdım,
Ürəyimi deyəmmədim mən ona,
Görüşmədim uzaqlardan alışdım.
Əsir oldum məhəbbətin yoluna.

Bu günahlar ya səndədi, ya məndə,
Taleyim heç sevinmədi gülmədi,
Çıx get dedin, arzum qaldı ürəkdə.
Sevadam da heç tükənmədi, bitmədi. Ardı »

Nigar DuyğuYorulmuşam...

Yorulmuşam...

Göyü bürüyən buludlar kimi
Bəzən boşalmışam, bəzən dolmuşam.
Quzeydəsaxlanan soyuqlar kimi,
Bəzən sərinlənib, bəzən donmuşam.

Məni məndən alan qorxular kimi,
Sanma sevdiyimə peşman olmuşam.
Qarışıq dolaşıq yuxular kimi
Bil ki çarəsizəm, mən yorulmuşam.

Ən zəif, ən incə duyğular kimi,
Daşlara yazılan nağıl olmuşam
Yalnız sənin olan bu qəlb evimi
Tikandan, qanqaldan mən qorumuşam

Göylərdən süzülən yağmurlar kimi
Gah narın damla, gah sel olmuşam
Hər kəsdən hər yerdə mən öz sevgimi
Bütün yalanlardan mən qorumuşam Ardı »

Nigar DuyğuAğladı........

Ağladı........

Getmə! Ölərəm mən bundan sonra
Ayrılıq gəlincə gözüm ağladı.
Araya ayrılıq düşəndən sonra
Dağlarım ağladı, düzüm ağladı..

Bir ocaq qaladım, gəl isin dedim.
Ocağımı söndürdün közüm ağladı.
Gözlərəm, neçə ay, neçə il dedim.
Hövsələm tükəndi, dözüm ağladı.

Güllər əkdim sənə gəl qoxla dedim.
görmədin gülləri gözüm ağladı.
Duyğumu tökdüm misralarıma,
Duyğumu axıtdım misralarıma
Kəliməm yas saxladı sözüm ağladı Ardı »

Nigar DuyğuAyrılıq......

Ayrılıq......

Göynəyir ürəyim gözüm qan tökür
Ürəyimi üzür, üzür ayrılıq
Üstümə qara bir vahimə çökür
Acı qismətimi yazır ayrılıq.

Axı doyanmmadım o nəfəsindən.
Nəfəsi-nəfəsdən alır ayrılıq.
Fələk doymadınmı bu həvəsindən?
Eşq peymanını pozur ayrılıq.

Sənə söyləyirəm şikayətimi
Ağ günümü qara yazır ayrılıq,
Sevgiyə bürünnə saf niyyətimi,
Qüruba qürbətə salır ayrılıq.

Qoy ox batsın ayrılığın gözünə
Sevgi yazdım ayrılığın üzünə
Nə qədər sıxsa da durma qəsdimə
Leylinə də bu qədər üzmə ayrılıq. Ardı »

Nigar DuyğuBir ovuc ümid istədim

Bir ovuc ümid istədim

Sevgi alovunda eşqin gözündə
Sənə sevdiyimi deyə bilmədim
Bütün gunahlar mənim özümdə
Səndən qeyrisni görə bilmədim

Baxdım yollarına bəlkə gələsən.
Ümid işığını görə bilmədim
Açmadım sirrimi bəlkə biləsən
Qəlbimin içini görə bilmədin.

Mən sənə yalvardım, nə istedim ki?!
Bir ovuc ümidi verə bilmədin.
Mən səni bu qədər nədən sevdim ki?!
Sevigmin qiymətini bilə bilmədin.

Qarşında ağlayıb sevdim deyəndə
Qürur yıxdığımı bilə bilmədim,
Mən səni sevəndə qarşılığı yox,
Yalnızca bir ovuc ümid istədim. Ardı »

Nigar DuyğuDağdan daşa vurursan

Dağdan daşa vurursan

Zalım fələk əl çəkmirsən izimdən
Yaş çəkilmir, sellər axır gözümdən
Nə yazıram da həsrət gəlir sözümdən
Yanan qəlbi paralayıb yarırsan.
Dağ çəkirsən dağdan-daşa vurursan.

Suçum nədir məndən qisas alırsan,
Mən yandıqca daha da od yaxırsan,
Ağlayınca sen bundan kam alıran.
Yanan qəlbi paralayıb yarırsan.
Dağ çəkirsən dağdan-daşa vurursan.

Məsum quşdum qanadımı qırırsan.
Səmada uçuram yerə salırsan.
Ayırırsan sevdiyimi n alırsan.
Yanan qəlbi paralayıb yarırsan.
Dağ çəkirsən dağdan-daşa vurursan Ardı »

Nigar DuyğuTəyyarə......

Təyyarə......

Bir gün olacaq sərin yaz günü
Ey uzaq ellərə gedən təyyarə,
Sənli həsrətimi, sevgi yükümü,
Yetirginən yarə yetən təyyarə

Tayyarə yolunu kəsərəm gecə,
Sevgili sirrimi bildirmək üçün.
Həsrətin saçını yolub gizlicə,
Ayrılıq odunu söndürmək üçün.

Yalan uydurardım o gecə sənə,
Səni qaytarmaqçün öz həyatıma
“Bəlkə dönəcəyəm” deyərsən mənə,
Mən də inancam o yalanına,

İndi o təyyarə səni, gözləyir,
Başımda dolanır durur suallar,
Bəlkə də bir başqası səni özləyir.
Yoluna qatılır həsrətli yollar.

İndi mən təyyarə gördüyüm zaman,
Ağlıma ayrılıq kəlməsi salır.
Bütün təyyarələr düşməndi mənə,
Axı sevdiyimi əlimdən alır. Ardı »