beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir ovuc ümid istədim
Bir ovuc ümid istədim

Sevgi alovunda eşqin gözündə
Sənə sevdiyimi deyə bilmədim
Bütün gunahlar mənim özümdə
Səndən qeyrisni görə bilmədim

Baxdım yollarına bəlkə gələsən.
Ümid işığını görə bilmədim
Açmadım sirrimi bəlkə biləsən
Qəlbimin içini görə bilmədin.

Mən sənə yalvardım, nə istedim ki?!
Bir ovuc ümidi verə bilmədin.
Mən səni bu qədər nədən sevdim ki?!
Sevigmin qiymətini bilə bilmədin.

Qarşında ağlayıb sevdim deyəndə
Qürur yıxdığımı bilə bilmədim,
Mən səni sevəndə qarşılığı yox,
Yalnızca bir ovuc ümid istədim.


Tarix: 04.06.2015 / 16:43 Müəllif: Aziza Baxılıb: 125 Bölmə: Nigar Duyğu