beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tükənmədi, bitmədi
Tükənmədi, bitmədi

Onu hansı zaman görsəm uzaqdan,
Bilirəm ki onun mənə sözü var.
Beləcə həsrətlə baxışmamızdan,
Duyuram ki, gözlərimdə gözü var.

Neçə ildi mən susaraq danışdım,
Ürəyimi deyəmmədim mən ona,
Görüşmədim uzaqlardan alışdım.
Əsir oldum məhəbbətin yoluna.

Bu günahlar ya səndədi, ya məndə,
Taleyim heç sevinmədi gülmədi,
Çıx get dedin, arzum qaldı ürəkdə.
Sevadam da heç tükənmədi, bitmədi.


Tarix: 04.06.2015 / 16:44 Müəllif: Aziza Baxılıb: 80 Bölmə: Nigar Duyğu