beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alın Yazımdasan...

Hara baxıram sən ordasan, yanımdasan

Adın dilimin əzbəri, əlimdəki sazımdasan
.......
Sən olmusan varım, yoxum, tək diləyim

Dərd ortağım, çoxumda həm azımdasan
.......
Necə unudaram səni, ürəyimin arzusunu

Bağlanmısan qədərimə, alın yazımdasan
.......
Nə fərq edər ayların, fəsillərin dəyişməsi

Sən həm qışım həm baharım yazımdasan
.......
Sənsən səslədiyim, Allahımdan istədiyim

Tanrıya etdiyim hər duada, niyazımdasan
.......
Xəyalinlə gülərəm xəyalinlə mən ağlaram

Hər sevincimdə, axan göz yaşlarımdasan
.......
Səndən əvvəl də yaşayırdım heç bilmirəm

Tək bildiyim bu günümdə, sabahımdasan
.......
De səni sevmək niyə günahdır niyə yasaq

Yaşadığım hər gözəllikdə, səvabımdasan
.......
Sanma ki əl çatmazımsan, cox uzaqdasan

Damarımdaki qan, candan ötə canımdasan
.......
Sənsiz heç olmadım qalmadım, olmaramki

Axı çəkdiyim hər nəfəsdəsən həyatımdasan


Tarix: 19.11.2013 / 03:46 Müəllif: Akhundoff Baxılıb: 208 Bölmə: Nüsrət Kəsəmənli