beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Indi Gedeceyem...

Indi gedeceyem,
tek qalacaqsan,
Sıxacaq bu çılpaq divarlar seni.
özün öz evinde mene qonaqsan,
Bir azdan kederler qovarlar seni...
çağırma !
özüne qayıdar sesin,
Sesin divarlarda sürüşecekdir.
çırpınıb içinde bu daş qefesin,
Xeyalın eksimle görüşecekdir.
Güzgü yaddaşında ne qalacaqdır ki ?!
Xumarlı gözlermi, perişan telmi ?
Yalandan gözünü yumacaqsan ki,
Yatasan...
Terslikden yuxun da gelmir.
Boş qalan stolda görünür yerim,

Otağın bir hesret adası olar.
Pilleleri döyen ayaq seslerim
ürek döyüntünün sedası olar.
Sükut qanadını üstüme serib,
Boşalan üreyin dolacaq yene.
Külqabı içinde baş başa verib
ölü siqaretler qalacaq sene...

Ele qemli baxma !
Izin ver gedim,
Senin biçin yerin, zemin deyilem.
Yalın ayağımla hemdemin idim,
Geyindim...
Men artıq senin deyilem ..!


Tarix: 19.11.2013 / 03:46 Müəllif: Akhundoff Baxılıb: 416 Bölmə: Nüsrət Kəsəmənli