beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yürüşün başlanması

1231-ci ildə monqol qoşunları yenidən Azərbaycana soxuldular. Onlar bu dəfə ölkənin içərilərinə doğru irəliləməyə tələsmirdilər. Monqollar Marağa və Təbrizi tutandan dörd il sonra Azərbaycanın simal torpaqlarına hücum etdilər. Gəncə şəhərini mühasirəyə aldılar. Gəncəlilər düşmənə ciddi müqavimət göstərsələr də, monqollar şəhəri ələ keçirib onu dağıtdılar. Əhaliyə amansız divan tutdular. Şəhər xarabaya çevrildi. O, 4 il belə qaldı. Daha sonra monqollar Azərbaycanın zəbt edilməsini başa çatdırdılar. Beləliklə, monqolların Azərbaycanı zəbt etməsi üçün onlara 8 il vaxt lazım oldu. Monqollar bu müddətdə Gürcüstanı və Ermənistanı da tutdular və bu üç ölkəni bir canişinlikdə birləşdirərək, bu canişinliyin başına iri monqol feodalını qoydular. Bir qədər sonra monqollar bütün ətraf əraziləri zəbt edib böyük Hülakilər dövlətini yaratdılar. Azərbaycanda monqol əsarəti dövrü başladı. Azərbaycanı zəbt edərkən monqollar Gəncə, Şamaxı, Beyləqan, Ərdəbil və s. şəhərləri viran etdilər. Bərdə şəhəri isə o vaxtdan bəri bir daha dirçəlmədi, kiçik yaşayış məntəqəsinə çevrildi. K.Marks monqol qoşunlarının ayaqlarının dəydiyi yerlərin xarabazara çevrilməsi barəsində yazmışdır. "İncəsənət, zəngin kitabxanalar, gözəl saraylar və məscidlər, hər şeyi yerlə-yeksan etdilər". Monqol əsarəti dövründə ölkənin təsərrüfatı pisləşdi. Torpaqların xeyli hissəsi uzun illər əkilməmiş qaldı, sənətkarlıq və ticarətə ciddi ziyan dəydi. Əsasən maldarlıqla məşğul olan monqollar ən yaxşı torpaqları, o cümlədən Kür-Araz ovalıqlarını ələ keçirərək otlaqlara çevirdilər.


Tarix: 08.01.2015 / 02:32 Müəllif: Feriska Baxılıb: 25 Bölmə: Monqolların Azərbaycana II yürüşü