Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Monqolların Azərbaycana II yürüşüYürüşün başlanması

1231-ci ildə monqol qoşunları yenidən Azərbaycana soxuldular. Onlar bu dəfə ölkənin içərilərinə doğru irəliləməyə tələsmirdilər. Monqollar Marağa və Təbrizi tutandan dörd il sonra Azərbaycanın simal torpaqlarına hücum etdilər. Gəncə şəhərini mühasirəyə aldılar. Gəncəlilər düşmənə ciddi müqavimət göstərsələr də, monqollar şəhəri ələ keçirib onu dağıtdılar. Əhaliyə amansız divan tutdular. Şəhər xarabaya çevrildi. O, 4 il belə qaldı. Daha sonra monqollar Azərbaycanın zəbt edilməsini başa çatdırdılar. Beləliklə, monqolların Azərbaycanı zəbt etməsi üçün onlara 8 il vaxt lazım oldu. Monqollar bu müddətdə Gürcüstanı və Ermənistanı da tutdular və bu üç ölkəni bir canişinlikdə birləşdirərək, bu canişinliyin başına iri monqol feodalını qoydular. Bir qədər sonra Ardı »

Monqolların Azərbaycana II yürüşüIqtisadi vəziyyət

Monqolların Azərbaycana gəlməsi oturaq yerli əhalinin həyat tərzinə və ilk növbədə kənd təsərrüfatının və əkinçiliyin inkişafına mənfi təsir göstərdi. Monqolların ilk yürüşləri Azərbaycanın ictimai-iqtisadi, siyasi və mədəni həyatına kəskin zərbə vurdu. Ölkədə feodal pərakəndəliyi daha da artdı. Monqolların keçdikləri ərazidə mədəniyyət abidələri, ticarət yolları dağıdıldı, əkin yerləri tapdalandı, xırmanlar yandırıldı. Monqollar ilk anlardan başlayaraq becərilən torpaqları zəbt edib otlaqlara çevirdilər. Muğanda çağırılmış qurultayda Ön Qafqaz ərazisi 110 nəfər monqol noyonu arasıında bölündü. Sərkərdə Molor noyon Şəmkirin və ətraf ərazinin hakimi oldu. Monqollar əhalinin mal-qarasını, xüsusilə atlarını güclə alıb öz ilxılarına qatdılar. İş o yerə çatdı ki, adamlar son heyvanlarını verib canlarını Ardı »

Monqolların Azərbaycana II yürüşüMonqol əsarəti və ona qarşı mübarizə

Azərbaycan xalqı monqol əsarətinə qarşı daim mübarizə aparmışdır. Çox vaxt feodal zülmündən cana doymuş kəndlilər silahlı dəstələr düzəldir, monqol feodallarının mülklərinə basqınlar edir, onları öldürməkdən də çəkinmirdilər. Bəzən bu mübarizə yerli feodallar da qoşulur, kəndli dəstələrinə başçılıq edirdilər. Monqol zülmünün ilk illərində Qarabağda böyük üsyan oldu. Bu üsyana yerli hakim Həsən Cəlal başçılıq edirdi. Bir qədər sonra Şirvanda da böyük çıxışlar baş verdi. Şəhər zəhmətkeşləri, sənətkarlar da bu çıxışlarda iştirak edirdilər. Belə çıxışlardan biri Təbriz şəhərində oldu. Bütün bu çıxışların çox ciddi xarakterli olmalarına baxmayaraq üsyançılar yaxşı silahlanmış, sayca daha çox olan qoşunlara ciddi müqavimət göstərə bilməyərək məğlubiyyətə düçar olurdu. Ardı »

Monqolların Azərbaycana II yürüşüTarixi zəmin

XIII yüzilliyin əvvəllərində, Mərkəzi Asiyada güclü hərbi qüdrətə malik olan monqol dövlətinin qonşu ölkələrə yürüşləri ərəfəsində, Azərbaycanın xarici və daxili vəziyyəti gərgin halda idi. Orta Asiyada iqtisadi cəhətdən bir-birilə möhkəm əlaqədə olmayan vilayətlərin birləşməsindən təşkil olunmuş Xarəzmşahlar dövləti monqollara qarşı mübarizə aparmaq iqtidarında deyildi. Azərbaycan ərazisində isə vahid dövlət yox idi və feodal pərakəndəliyi hökm sürürdü. Ölkədə Eldənizlərin Atabəylər,Rəvvadilər nəslindən Ağsunqurilər sülaləsi (1108-1227-ci illər) və Şirvanşahlar dövləti hakimiyyətini sürürdü. XII əsrin sonunda Eldənizlər dövləti öz əvvəlki qüdrətini itirdi. Eldənizlər sülaləsinin üzvləri arasında gedən mübarizələr səltənətin əsaslarını sarsıdırdı. Qızıl Arslanın xələfi atabəy Əbu Bəkr Azərbaycanda (Şirvan istisna olmaqla) hökm sürürdü. Atabəylərin Əbu Ardı »

Monqolların Azərbaycana II yürüşüNəticə

Monqolların II yürüşdə məqsədi işğal etdikləri ərazilərdə, əsasən Azərbaycanda və ona qonşu olan ərazilərdə möhkəmlənmək idi. Onlar Monqolustana qayıtmadılar və tutduqları ərazilərdə, o cümlədən Cənubi Qafqazda məskunlaşdılar. Azərbaycan və Cənubi Qafqaz ərazisi 1239-1256 -cı illərdə Böyük Monqol imperatorluğunun buradakı canişinləri tərəfindən idarə olundu. Monqol əyanlarının Azərbaycanda həyata keçirdiyi siyasətin əsas mahiyyəti yerli feodalların-vassalların köçmə monqol əyanlarından asılılığını getdikcə artırmaq idi. Köçməəyanların bir qismi yerli feodallarla ittifaqa üstünlük verirdilərsə, başqaları onlara heç bir hüququn verilməməsinin tərəfdarı idi Ardı »