beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tarixi zəmin

XIII yüzilliyin əvvəllərində, Mərkəzi Asiyada güclü hərbi qüdrətə malik olan monqol dövlətinin qonşu ölkələrə yürüşləri ərəfəsində, Azərbaycanın xarici və daxili vəziyyəti gərgin halda idi. Orta Asiyada iqtisadi cəhətdən bir-birilə möhkəm əlaqədə olmayan vilayətlərin birləşməsindən təşkil olunmuş Xarəzmşahlar dövləti monqollara qarşı mübarizə aparmaq iqtidarında deyildi. Azərbaycan ərazisində isə vahid dövlət yox idi və feodal pərakəndəliyi hökm sürürdü. Ölkədə Eldənizlərin Atabəylər,Rəvvadilər nəslindən Ağsunqurilər sülaləsi (1108-1227-ci illər) və Şirvanşahlar dövləti hakimiyyətini sürürdü. XII əsrin sonunda Eldənizlər dövləti öz əvvəlki qüdrətini itirdi. Eldənizlər sülaləsinin üzvləri arasında gedən mübarizələr səltənətin əsaslarını sarsıdırdı. Qızıl Arslanın xələfi atabəy Əbu Bəkr Azərbaycanda (Şirvan istisna olmaqla) hökm sürürdü. Atabəylərin Əbu Bəkri əvəz etmiş son nümayəndəsi Özbək feodal qruplarının əlində oyuncağa çevrildi, ölkədə feodal çəkişmələri daha da şiddətləndi.Şirvanşahlarda isə vəziyyət başqa idi X,Xl,Xll əsrlərdəki intibah Xlll əsrin ortalarına kimi davam etdi.Şirvan şimali Azərbaycanı qoruyan güclü dövlət idi.Azərbaycanın şimalı onlardan sorulardı.Şirvanda saray çəkişmələrinin olması dövlətə çox mənfi təsir etmir.Şirvan şahının doğru seçilməsinə şərait yaradırdı.


Tarix: 08.01.2015 / 02:31 Müəllif: Feriska Baxılıb: 50 Bölmə: Monqolların Azərbaycana II yürüşü