beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Nokia" şirkətinin direktorunun müsahibəsi ilə bağlı anlaşılmamazlıq yarandı

“Nokia” şirkətinin direktoru bazar ertəsi İspaniyanın “El Pais” qəzetinə verdiyi müsahibəsində maraqlı açıqlamalarla çıxış edib.


Onun sözlərinə görə şirkət “Android” və ya “HTML5” əsasında qurğu istehsalını istisna etmir.

Şirkət rəsmisi gələcəkdə digər platformalardan istifadəni və əməkdaşlığı istisna etmədiklərini bildirsə də hazırda “Microsoft”la əməkdaşlıqdan razı olduqlarını qeyd edib.

“Nokia” şirkətinin mətbuat katibi Daq Douson bildirib ki, Stiven Elopun müsahibəsi düzgün tərcümə olunmayıb və nəticədə yanlış izaha səbəb olub. Onun sözlərinə görə, Stiven Elopa 2013-cü ildə şirkətin öz ticarət markası altında “Android” smartfon istehsalından 100 faizlik imtina edib-etməyəcəyi barədə sual verilib. Finlandiya şirkətinin məlumatına görə, düzgün tərcümə variantı belədir:

"Biz hazırkı ekosistem müharibəsində “Windows Phone” platforması vasitəsilə mübarizə aparırıq. Lakin biz həmişə bu mübarizənin gələcəyi barədə düşünürük. Gələcəkdə nə baş verəcək? “HTML 5” texnologiyası bu mübarizədə hansı rol oynayacaq? Bəs “Android”? Biz hazırda öz mövqeyimizdə möhkəm durmuşuq və “Windows Phone” platformasına “hə” deyirik"- mətbuat katibinin bəyanatına görə müsahibənin düzgün tərcümə olunmuş variantı məhz budur.


Tarix: 22.01.2013 / 15:35 Müəllif: [Ram] Baxılıb: 307 Bölmə: Mobil yenilikler