beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Daha çox seks etməniz üçün yeni bir səbəb

Xoşbəxt bir seks həyatının çaşdırıcı faydalarından biri daha ortaya çıxdı. Edilən araşdırmalara görə nizamlı seks həyatı daha gənc görünmənin qapılarını aralayır.
Edilən araşdırmalar nəticəsində klinik psixoloqlar, daha gənc görünmənin açarının aktiv və canlı bir seks həyatının irəliləyən yaşa baxmayaraq davam etməsi olduğunu ifadə etdilər. Ayrıca nizamlı bir seks həyatı, insanların xoşbəxt olmalarını təmin edərkən, ürək xəstəlikləri və depressiya kimi problemlərə tutulma riskini də azaldır.
Pensilvanya'daki Wilkes Universitetində edilən bir başqa araşdırmada, həftədə ən az iki dəfə seks edən kəslərin immunitet sistemlərinin gücləndiyi ortaya çıxarıldı. İngilis Üroloji Jurnalının etdiyi araştırmayada isə həftədə 3 ya da 5 dəfə seks edən kişilərin prostat xərçənginə tutulma risklərinin azaldığı sübut edildi.
Yalnız sevişmək deyil, mastürbasyon etmək də daha gənc görünməyi təmin edir. Klinik seksolog Ava Cadell'a görə, gənc görünmənin sirri yalnız sevişməkdən keçmir. Əl-ələ alovlanmaq, sarılmaq ya da öpüşmək də oksitosin (eşq hormonu) ifraz köməkçi olur.
Klinik psixoloqlar, yaş irəlilədikcə cinsəlliyin azaldığı düşüncəsinə inanılmaması lazım olduğunu söyləyir. İrəliləyən yaşlarda seks həyatını bitirmək yerinə, hamilə qalma kimi hər hansı bir risk olmayan bu azad dövrdə insanların cinsəlliyin dadını çıxarmaları lazım olduğunu vurğulayır.


Tarix: 31.03.2015 / 17:44 Müəllif: Aziza Baxılıb: 251 Bölmə: Maraqli Melumatlar