Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qoxuların cinsi həyata təsirləri

Burunda mindən çox qoxu reseptoru var. İnsan onların vasitəsi ilə on mindən artıq fərqli qoxunu hiss edə bilir. Qoxular əhvali-ruhiyyəmizə təsir etdiyi kimi seks həyatına da təsirsiz ötüşmür. Cinsi Sağlamlıq İnstitutunun rəhbəri, həkim Cem Keçə qoxuların seks həyatına təsirindən bəhs edib.

Qoxuların seksə təsirini kəşf edin
Bundan yüzlərlə il öncə belə qoxu ilə cinsəllik arasında güclü bir əlaqə olduğu bilinirdi.

Ətirlərin gücündən qədim misirlilər, inkalılar, yunanlılar və romalılar da istifadə ediblər. Qoxunun cinsi həyata çox təsirli olduğu gəlmiş-keçmiş ən məşhur seks kitabı olan “Kama Sutra”da da qeyd olunub. Kama Sutraya görə, qoxular ən az toxunuşlar və öpüşlər qədər önəm təşkil edir.

Onore de Balzak deyib: “Eşq bir sənətdir, qadınları məmnun etmə sənəti… Bir kişi həzzi almaq istədiyi anları həyat yoldaşının da istəməsinə nail olmadıqca, eşq ustası olmağı bacarmadıqca qadınına toxunmamalıdır”.

Bu fikirlər həmçinin 1394–1433-cü illərdə yazılan və 'Qoxulu bağça' adıyla tanınan seks haqqında kitabda da qeyd olunub. Bu kitab müsəlmanların seks haqqında yazdıqları ilk kitabdır.

Ərəb dünyasının “Kama Sutra”sı hesab edilən bu kitab Tunis sultanı Əbdül Əzizin vəziri Məhəmməd bin Uanə əz Zonavinin istəyi ilə yazılıb. Hətta '1001 gecə nağılları'ndakı erotik hissələrin də bu kitabdan götürüldüyü deyilir.

“Qoxulu bağçada” cinsi gücü artırmaq üçün qoxuların gücündən istifadə etməyin üsulları izah edilib. Burada zəncəfil və darçın qoxusunun sevişmə prosesini daha həyəcanlı etdiyi vurğulanıb. Bal qoxusu da ehtirasa gətirən qoxular arasında göstərilib.

Gördüyünüz kimi qoxular hələ qədim zamanlardan insanların həyatını idarə edən böyük gücə sahib olublar.

Ehtirasa gətirən feromonlar
İki şəxsin qoxusu bir-birlərinə xoş gəlirsə, onların eşq həyatları daha hərəkətli, münasibətləri daha uzun müddətli olur. Qoxuların uyğunluğu cütlükləri bir-birlərinə yaxınlaşdırır və xoşbəxt evlilik üçün şərait yaradır.

Qadınlarla kişilərin hormonları fərqlidir. Ona görə də kişilərlə qadınlar eyni qoxulara fərqli reaksiya verirlər. Bir sözlə hər cinsin qoxu zövqü fərqlidir. Hər insanın genetikası özünəməxsus olduğu kimi, qoxusu da təkrarsızdır. Araşdırmalar göstərir ki, insanların bədənlərində istehsal olunan və 'feromon' adlandırılan maddələr xüsusi bir ünsiyyət vasitəsinə çevrilir. Bu proses 'qoxu xəbərləşməsi' adlanır. İnsanların bədəninin istehsal etdiyi feromonlar təkrarsız qoxuya malikdirlər. Hətta itkin düşmüş insanı axtararkən istifadə edilən itlər də eyni məntiqlə hərəkət edirlər. Onlara itmiş insanın hər hansı bir əşyası qoxladılır və it bu qoxunun iziylə gedərək polisləri lazımı yerə aparır. Bu da onu göstərir ki, hər bir insanın qoxusunda özünəməxsus fermentlər var. Bu qoxu birinə xoş gələrkən, başqasını itələyə bilər. Ruh halına və davranış formalarına təsir etmək gücünə malik olan feromonlar hava vasitəsilə burundan orqanizmə daxil olur və xüsusi sinir hüceyrələri vasitəsilə beyinə çatdırılır. İlk görüşdə insanlar məhz qoxuya görə qarşılarındakı şəxs barəsində müəyyən bir fikrə gəlirlər. Qoxu bir insanı olduğundan daha gözəl və cazibədar göstərə bilər. Ona görə də ta qədim zamanlardan bəri insanlar qarşı cinsi cəlb edən özəl ətirlərdən istifadə etməyə üstünlük verirlər. Qoxu reseptorları mərkəzi sinir sistemini oyandırır və cinsi baxımdan təhrik edir. Qoxuların beyində qeydə alındığı bölgə yaddaş və duyğuların toplandığı bölgə ilə əlaqəlidir. Qoxuların yaddaşımıza həkk olunması da bu məlumatı təsdiqləyir. Bir qoxu bütün xatirələri oyada, qan təzyiqini yüksəldə, ürəyin daha sürətlə döyünməsinə səbəb ola bilər. Seksual hisslər oyadan qoxular insanı seksə hazırlayır və daha ehtiraslı olmasına şərait yaradır.

Ən seksual qoxular
Partnyoru təsir altına salmaq, seksə dəvət etmək və daha ehtiraslı şəkildə sevişmək üçün cinsi arzuları oyandıran gizli silahdan, yəni ətirdən istifadə etmək olar. Vanil, lavanda, darçın, yasəmən, gül kimi qoxular xüsusilə ehtirası oyatmağa qadirdir. Rahatlaşdırıcı və sakitləşdirici xüsusiyyətə malik olan lavanda cinsi gücü artırır. Əsəbləri sakitləşdirən vanil isə həm qadınlarda, həm də kişilərdə cinsi istəyi artırır. Cinsi bölgələrə vurulan darçın yağı və ya ətri həm bədənin temperaturunu artırır, həm də ruhu və bədəni riqqətə gətirir. Gül qoxusu isə eşqi təmsil edir. Cinsi arzuları hərəkətə gətirən gül romantik bir gecə keçirmək istəyənlər üçün daha münasibdir. Ekzotik və seksual bir qoxu olan yasəmən xüsusilə kişiləri başdan çıxartmaq üçün təsirli vasitə hesab olunur. Seksual qoxuları qarışdıraraq daha güclü ətirlər əldə etmək mümkündür. Belə ətirlər bir çox cütlüyün yataq otağının ayrılmaz tərkib hissəsidir. Vanil, yasəmən, darçın, gül notları ilə diqqətçəkən ətirlərdən istifadə etmək olar. Ancaq mən bunlardan hazırlanan xüsusi yağları tövsiyə edirəm. Ya da tərkibinə çox az spirt vurulan ən keyfiyyətli məhsulları ala bilərsiniz. Qoxular xoşbəxt cinsi həyatın açarıdır. Çalışın ondan doğru istifadə edəsiniz. Partnyorunuzun bəyəndiyi və bihuş olduğu ətri tapın və onun gücündən istifadə edin.


Tarix: 31.03.2015 / 18:39 Müəllif: Aziza Baxılıb: 345 Bölmə: Maraqli Melumatlar
loading...