beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İdeal cinsi münasibət nə qədər davam etməlidir?

Heç bir intim təcrübəsi olmayan şəxslər adətən cinsi əlaqə haqqında düşünərkən biri ilə cinsi münasibətdə olduqları gün axşamdan sabaha qədər şəhvətdolu gecə yaşayacaqlarını düşünürlər, amma bu tamamilə yanlış fikirdir.

Androloqların sözlərinə görə, əksər hallarda kişi qadına öz "gücünü” sübut etmək üçün cinsi əlaqənin müddətini uzatmağa çalışır, bunun üçün ən müxtəlif variantlara əl atır. Amma mütəxəssislərin sözlərinə görə, intim yaxınlığın hər iki tərəfin yaddaşında unudulmaz gecə kimi qalması üçün müddət önəmli deyil. Əsas olan bu zaman tərəflərin hiss etdikləri, aldıqları zövqdür. Buna görə də cinsi münasibətdən əvvəl tərəflərin özləri üçün vaxt müəyyənləşdirmələri tamamilə mənasız işdir.

ABŞ və Kanada da 10 il müddətində davam edən araşdırmalara görə intim yaxınlıq üçün 4 dəqiqə kifayətdir. Mütəxəssislərin fikrincə, cinsi əlaqə üçün ideal müddət isə 10 dəqiqədir. Eyni zamanda sübüt edilib ki, cinsi əlaqə 13 dəqiqədən uzun müddətdə davam etdiyi halda bu tərəflərə əlavə zövq vermir, əksinə onları daha da yorur.


Tarix: 26.02.2015 / 18:17 Müəllif: Aziza Baxılıb: 163 Bölmə: Maraqli Melumatlar