beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cinsi əlaqə münasibəti daha da möhkənləndirir

Tez-tez cinsi əlaqənin sağlamlığa faydaları haqqında müxtəlif məlumatlar eşidirik. Qadınlar isə hələ də bu məlumatların kişilər tərəfindən uydurulduğunu düşünürlər. Bu dəfəki məqalədə cinsi əlaqənin münasibətinizə təsirləri haqqında ətraflı məlumat verəcəyik. Əziz qadınlar, ümid edirik ki, bu yazıdan sonra kişilərin cinsi əlaqənin faydaları haqqında danışıqlarında ikinci-üçüncü məna axtarmayacaqsınız.

Seks aranızdakı münasibəti gücləndirir
Qarşı tərəfi daha yaxşı tanımaq, onun sizə nə dərəcədə uyğun olduğunu anlamağınız üçün cinsi əlaqə əsas şərtlərdən biridir. Bəzən elə olur ki, tərəflər bir-birilərini yaxşı tanıdıqlarını düşünürlər, bir gecəlik münasibətdən sonra isə hissləri tamam dəyişir. Bunun əsas səbəblərindən biri onların yataqdakı zövqlərinin bir-birinə uyğun olmamasıdır. Buna görə də qarşı tərəfə olan münasibətinizə tam əmin olmaq üçün cinsi əlaqə olduqca mühümdür.

Stresi azaltır
Uzun və yorucu iş günündən sonra özünüzü narahat, stresli hiss etməyiniz tamamilə normaldır. Gün sonunda stresimizi atmaq üçün müxtəlif variantlar üzərində düşünsək də, unutmamalıyıq stresdən qurtulmağın ən asan yollarından biri cinsi əlaqədir. Mütəxəssislər mütəmadi cinsi əlaqədə olan cütlüklərin digər cütlüklərə nisbətən daha az stress keçirdiklərini bildiriblər.

Kalori yandırmaq üçün seks
Sağlamlıqlarına qarşı diqqətli olan insanlar qida seçərkən onun qiymətindən əvvəl kalori dəyərinə fikir veririlər. Mütəxəssislərin sözlərinə görə, kalori yandırmağın ən əyləncəli yollarından biri cinsi əlaqədir. Yarım saatlıq intim əlaqə zamanı orqanizminiz təxmini 144 kalori itirir.

Yuxu sistemini qaydaya salır
Yatağa girdikdən sonra bəzən saatlarca uzanıb gözümüzün yuxuya getməsini gözləyirik. Əgər siz yuxunuz gəldiyi halda yata bilmirsinizsə, bunun da ən ideal çıxış yolu seksdir. Rahat yatmaq üçün mütəxəssislər əksər hallarda yatmazdan bir neçə saat öncə fiziki hərəkətlərinizi məhdudlaşdırmağınızı tövsiyə edirlər, amma seks bu məsələdə istisnadır. Çünki cinsi əlaqə bədən istiliyini aşağı salır, bu isə tez zamanda yuxulamağınıza şərait yaradır.

Pozitiv olmaq üçün seks
Qarşınızdakı şəxsin sizi arzuladığını, sizinlə vaxt keçirməkdən məmnun olduğunu hiss etdiyiniz, birlikdə özəl anlar yaşadığınız zaman özünüzə olan inamınız daha da artır. Bu isə daha pozitiv olmağınıza və özünüzü xoşbəxt hiss etməyinizə səbəb olur.

Münasibətdə həyəcanı artırır
Gündəlik ev, iş qayğıları həaytımızı müəyyən çərçivəyə salır. Bu zaman həyat bizim üçün daha standart, maraqsız görünür. Bütün bu yorğunluğunuzun ailə həyatınıza təsir etməsini istəmirsinizsə, sevdiyiniz şəxslə ən ağılagəlməyən vaxtlarda "oynamaqdan” çəkinməyin.


Tarix: 26.02.2015 / 18:15 Müəllif: Aziza Baxılıb: 159 Bölmə: Maraqli Melumatlar