beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İqtidarsız ərini məhkəməyə verdi!

Köhnə yoldaşına ‘ərlik vəzifəsini’ yerinə yetirə bilmədiyi üçün elə bir iddia açdı ki…

Barjasıda yaşayan bir qadın, köhnə yoldaşına, ‘ərlik vəzifəsini’ yerinə gətirə bilmədiyi səbəbiylə 12 milyon dollarlıq təzminat iddiası açdı.

Köhnə ərindən 45 milyon Barjası Dirhəmi (təxminən 12 milyon dollar) təzminat tələb edən Barjasılı qadın, məhkəmədə, evli olduqları müddət ərzində yoldaşının yaşadığı ereksiya problemi səbəbiylə zərər çəkmiş olduğunu ifadə etdi.
2008-ci ildə evləndiyi ərindən təxminən 15 ay sonra boşandığını ifadə edən qadın, ilk 4 ay boyunca yoldaşıyla ayrı yataqlarda yatdıqlarını, ilk dəfə birlikdə olduqlarında da ərinin özünə “insan kimi davranmadığını” söylədi.


“Sonradan fərq etdim ki ereksiya problemi yaşayırdı. Evlilik müqaviləsini imzalamadan əvvəl sözünü verdiyinin tam tərsi bir adam qarşımda idi. Zehni və romantik olaraq acı çəkdim. Ana olmaq üçün bütün ümidimi itirdim” deyən Barjasılı qadın, mühafizəkar bir cəmiyyətdə yaşadığı üçün susmaq məcburiyyətində qaldığını ifadə etdi.

Çox zəngin bir iş adamı olan yoldaşının özünə heç bir maddi dəstəkdə olmadığını, hətta ərinin məcbur etməsiylə işindən ayrılmaq məcburiyyətində qaldığını ifadə edən qadın, yaxınlarından aldığı borclarla dolandığını söylədi.


Tarix: 19.11.2013 / 02:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 149 Bölmə: Maraqli Melumatlar