beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cinsiyyətin Sirri

Amerikalı alimlər, cinsiyyətin təyin olunmasında əhəmiyyətli rol oynayan bir gen tapdı. St. Luis Vaşinqton Universitetindən elm adamları, siçanların inkişafında və orqanların meydana gəlməsində əhəmiyyətli rol oynayan Fgf9 adlı zülalın əskikliyinin təsirini, bu zülalı çıxaran geni dövrə xarici buraxaraq araşdırmaq istədi.

Bu məqsədlə təcrübələrini davam etdirən elm adamları, təsadüfən siçanların az qala hamısının dişi olduğunu müəyyən etdi. Elm adamları beləcə, embriyonal mərhələdə anormal cinsiyyət inkişafları müalicəsinin mümkün olacağını söyləyirlər.

ABŞda nümayiş olunan Cell Jurnalındakı xəbərə görə, elm adamı David Ornitz və iş yoldaşları, yeni doğan siçanlarda prostat bezi axtararkən, siçanların dərhal hamısının dişi olduğunu gördüklərini söyləyən Ornitz, Y xromosomu daşıyan siçanların belə dişi olduğunu müəyyən etdiklərini vurğuladı.

Dişi olmayan siçanların isə anormal testislərə ya da yumurtalıq və testis qarışığı bir toxuya sahib olduqlarını söyləyən Ornitz, Fgf9 zülalın embriyonal inkişaf mərhələsində, cinsiyyəti təyin edici rol oynadığını ifadə etdi. FgF9 zülalının bütün məməlilərdə olduğunu yazan Ornitz, irəlidə, embriyonal mərhələdə anormal cinsiyyət inkişaflarını müalicə etmə imkanlarının ola biləcəyini söylədi.


Tarix: 19.11.2013 / 02:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 176 Bölmə: Maraqli Melumatlar