beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağız qoxusuna tibbi baxiş (hər kəsə lazım olacaq araşdırma)

Ağız qoxusunu necə aradan qaldırırlar?
Ağız qoxusunun səbəbləri
Ağız qoxusundan xilas olma yolları nələrdir?
Ağız qoxusu testi nədir?

Bu mövzuda ən geniş və faydalı araşdırmanı aşağıda oxuyun

Ağız qoxusu hal-hazırda çox yayılmışdır, eyni zamanda ictimai bir narahatlıq səbəbidir. Psixoloji problemləri özü ilə gətirər. Ağız qoxusunun səbəb olduğu ictimai problemlər bioloji problemlərdən daha çoxdur. Hətta əgər ağız qoxusu ictimai bir problem yaratmasaydı bəlkədə bir xəstəlik olaraq görülməyəcək, müalicəsi üçün səy sarfedilməyəcəkdi. Ağız qoxusundan şikayət edən fərdlər ictimai həyatlarında özlərinə olan etibarlarını itirə bilərlər.

Ağız qoxusu necə aradan qaldırılar?
Ağız qoxusunun səbəbləri
Ağız qoxusundan xilas olma yolları nələrdir?
Ağız qoxusu testi nədir? (Halitometre)

Ağız Qoxusu (Halitoz) Nədir?
Ağızdakı pis qoxuya qısaca ağız qoxusu və ya halitoz deyilir. Ağız qoxusunu bir xəstəlik olaraq təyini çətindir. Ancaq ağız qoxusu çox əhəmiyyətli xəstəliklərin müjdəçisi də ola bilər. Ağız qoxusunu patoloji və fizioloji olmaq üzrə iki yerə ayırmaq mümkündür.

1. Fizioloji ağız qoxusu:
Hər bir sağlam fərddə, səhər yuxudan oyandığında həzm kanalında yığılan qazlar və ya dil üzərində yaranan bakteriyaların səbəb olduğu ağız qoxusu meydana gələ bilər. Dil üzərini fırçalamaq,davamlı olmamaq şərti ilə sink ehtiva edən ağız qarqaraları istifadə etmək və saqqız çeynəmək bir həlldir.
Yeməkdən sonra yaranan , nəfəsdəki (ağızdakı deyil) pis qoxu da fiziolojidir. Məsələn sarımsaq yeyən bir insanın qanına keçən uçucu aromatik birləşmələr, bayıra atılır. Qan qazlarının ağciyər lər heabına bayıra atılmasının səbəb olduğu bu qoxu bir xəstəlik deyil. Müalicə tələb etməz.

2. Patoloji Ağız qoxusu (Gerçək halitoz):
Patoloji halitozu olan xəstələr diş həkiminə ağız qoxusu şikayətiylə müraciət etməyə bilər. Ağızlarındakı pis qoxunun ya fərqində deyildirlər, ya da qəbul edə bilmirlər.

Patoloji halitoz hadisələri 3 kateqoriyaya bölünür:
Tip-1: Ağzının pis iy verdiyini xəstənin özü müəyyən edir. Belə xəstələrin 24 %-i diş həkiminə müraciət edərlər. Ümumiyyətlə, ağızlarından pis qoxu gəldiyini fərk edirlər,diş həkiminə isə halitoz yox,başqa bir şikayətlə müraciət edirlər.Diş həkiminin yönləndirməsizilə halitozun müalicəsinə başlayırlar.
Tip-2: Qoxunu xəstənin özü deyil, yaxınları müəyyən edir. Belə xəstələrin 50%-i diş həkiminə müraciət edərlər.
Tip-3: Ağız qoxusu, xəstənin özü və ya yaxınları təsbit etməyib, şübhəsi və ya təxmini ətizəsində bəlli olur. Belə xəstələrin daha böyük bir qisimi diş həkiminə müraciət edir.Ağız qoxusunun səbəbləri:
Xüsusilə sinus və ağciyər qaynaqlı infeksiyalarda,
Şəkər xəstəliyi (aseton qoxusu kimidir),
Böyrək çatışmazlığı (balıq qoxusu kimidir),
Qaraciyər çatışmazlığı,
Maddələr mübadiləsi pozğunqluqları (diaqnozu çətin ola bilər, ara-sıra meydana gələn pis bir balıq qoxusu),
Aclıq, pəhriz, ağız quruması, oruclu olmaq (Maye ,qida defisitlərində bədəndəki yağ və zülal parçalanmağa başlayır və bu maddələr mübadiləsinin aralıq məhsulları pis ağız qoxusu olaraq əks olunar).

Ağız boşluğu qaynaqlı Halitoz: Ağız qoxusunun səbəblərinin 87 %-i ağız boşluğu qaynaqlıdır. Bunlardan 51%-i dildən, 17%-i gingivitdən, 15 %-i periodontitdən, 17%-i bunların qarışığından qaynaqlanır. Bu tip ağız qoxuları kompleks hadisələr deyil. Səbəb ilk müayinədə müəyyən olar. Problemli dişəti toxumaları göz ilə asanlıqla təsbit edilə bilər və asan müalicə olunur. Hətta bəzən qoxunun mənbəyini xəstə özü göstərər.

Ağız boşluğu qaynaqlı Halitozun müalicəsi üçün

1-Dişlərinizi və dişətlərinizi qoruyun.
Diş çürükləri, diş əti iltihabları ağız qoxusunun başlıca səbəblərindəndir. Ağız boşluğu hər hansı bir infeksiya, bakteriyaların törəməsi,inkişaf etməsi üçün əlverişli mühit olduğundan daim ağız qoxusuna səbəb ola bilər. Diş və diş əti xəstəlikləri hiss ediləcək səviyyədə pis qoxuya səbəb ola bilər. Bu səbəblə diş həkiminizin məsləhətlərini dinləyib mütləq diş sağlamlığı və baxımına əhəmiyyət verməlisiniz.

2-Ağızda olan protezə nəzarət edin.
Ağız içindəki köhnəlmiş körpü və diş protezləri zamanla qida yığılmasına gətirib çıxaracağından pis qoxulara səbəb ola bilər. Bu vəziyyətlərdə yenilənməsi lazım olanları dəyişdirməli, əskik olan dişlərin yerləri üçün lazımlı müalicələri etdirməlisiniz.

3-Saqqız çeynəyin.
Ağız suyu ağız qoxusu ilə mübarizənin ən güclü yoludur. İçində yemək parçacıqlarını yerindən söküb mədəyə göndərəcək güclü fermentlər, güclü bakteriya öldürücü bakterisidlər vardır. Bu səbəblə şəkərli diabet kimi bəzi xəstəliklərdə, bir çox dərmanın yan təsiri olaraq ortaya çıxan quru ağızlar daim pis qoxuludur. Səhərlər nə üçün ağzınızın pis iy verdiyini maraqlanırsınızsa cavab sadədir; gecə boyunca tüpürcək ifrazatı azalar və ağzınızın içindəki yemək parçacıqları uzun müddət burada qalar. Bakteriyalar da onları istifadə edər və çürüdər.Beləcə səhərlər ağzınızdan pis qoxu gələ bilir. Şəkərsiz saqqız çeynəmək ağız suyu ifrazını artıraraq ağız təmizliyinizə köməkçi olar. Nanə şəkərləri və şirin saqqızlar ümumiyyətlə işə yaramaz və vəziyyəti daha da pisləşdirər. Ancaq ksilit ehtiva edən saqqızlar da bu mövzuda sizə köməkçi ola bilər.

4-Darçın istifadə edin.
İçkilərinizdə və uyğun yeməklərinizdə darçın istifadə edə bilərsiniz. Darçın ağız içi bakteriyalarla mübarizədə əhəmiyyətli bir silahdır.Əgər varsa darçınlı şəkərsiz saqqızlar da uyğun bir təklif ola bilər.

5-Daha çox su için
Xüsusilə yaşla artan bədən quruması bir çox istiqamətdən diqqət yetirilməsi lazım olan bir vəziyyətdir. Çox su içmək onlarla digər faydasının yanında dilinizin qurumasını da önləyərək ağız qoxusu ilə mübarizədə əhəmiyyətli bir silah olaraq istifadə edilə bilər.

Su ağız içindəki bakteriyaların minimumda tutulması üçün köməkçidir. Ayrıca tüpürcək ifrazatını artıraraq da köməkçi olar.

6-Əsla burnunuz tıxalı yatmayın.
Sinusit kimi tənəffüs yolu narahatlıqları və burun tıxanmasına səbəb olan digər vəziyyətlər gecələri ağızdan nəfəs almamıza səbəb olar. Bu vəziyyət ağızı və boğazı qurudaraq bakteriyaların törəməsi üçün ideal bir mühit yaradar.

Ağız suyu ifrazını azalması isə vəziyyəti daha pis hala gətirər. Bu səbəblə qətiliklə burnunuz tıxalı yatmamalısınız.

7-Sadə şəkər istifadəsini azaldın.
Ağ un, ağ şəkər, qlükoza,fruktoza siropu ilə dadlandırılmış bütün hazır qidalar ağız içindəki bakteriyalar üçün inanılmaz bir xəzinədir. Bu cür şəkərləri çox asan istifadə edərək sürətlə çoxalarlar. Sadə şəkərlər diş çürüklərinə səbəb olar və ağız sağlamlığını sürətlə pozarlar. Bu səbəblə sadə şəkər istehlakınızı azaltmalısınız. Bu da su içmək kimi sizə onlarla faydanın yanında ağız qoxunuzun azalmasına da kömək edəcək.

8-Loxmaları yaxşı çeynəyin.
Bunun hesabına yeməklərlə ağız suyu yaxşıca qarışar və ağızda yemək parçası qalma ehtimalı azalar. Daha çox çeynəmə hərəkəti daha çox bakteriyanın yerindən qoparaq mədəyə getməsinə köməkçi olar.

9-Diş sapından istifadə edin
Diş sapı sayəsində fırçanın çıxara bilmədiyi yerlərdəki bakteriya və yemək artıqlarını sökə bilərsiniz. Xüsusilə diş gövdələri arasındakı dar bölgələrdə yığılan yemək artıqları sürətli bakteriya çoxalmasına səbəb ola bilər.

10-Siqaret çəkməyin
Siqaret çəkmək ağız quruluğuna səbəb olduğundan ağız qoxusuna səbəb olar.

Ayrıca digər bir ağız qoxusu səbəbi olan diş əti xəstəliklərinə də zəmin hazırlayar.

Ağız Boşluğundan qaynaqlanmayan Halitoz: Qaynağını ağızdan xaricdə bir yerdən alan ağız qoxusu nəzərdə tutulur. Oral olmayan səbəblərlə ortaya çıxan ağız qoxusunun rastgəlmə sıxlığı13%-dir, bunların4%-i qulaq-burun-boğaz,3%-i həm oral həm qulaq-burun-boğaz, 1%-i isə həzm kanalından qaynaqlıdır. Bəzən də bağırsaq qazları buna səbəb olar.

3. Psixosomatik halitoz:
Belə xəstələrdə şikayətlənmə olmasına baxmayaraq əslində gerçək bir halitoz yoxdur (Psevdohalitoz).

Belə xəstələri patoloji halitozdən ayırmaq çətindir. Belə xəstələrin müalicəsi üçün diş həkimi və psixoterapevtin birgə əməkdaşlığı lazımdır. Çünki belə xəstələrin bir qisimində qoxu deyil qoxu qorxusu vardır (Halitofobiya).

Ağız qoxusunun aradan qaldırılması
Dil fırçalamaq. Qanatmadan, incitmədən hər gün dilinizi fırçalayın.

Hər gecə yatmazdan əvvəl və hər səhər yeməkdən sonra dişlər fırçalanmalıdır.
Diş fırçası seçimi
1 - Seyrək tüklü
2 - Orta sərt
3 - Kiçik olmalıdır

Ağız qoxusundan əziyyət çəkən xəstələr sink ehtiva edən diş pastası istifadə etməlidir.
Dil fırçalandıqdan sonra 1 həftədən uzun olmamaq şərti ilə antiseptik qarqara istifadə edilə bilər.

Hər diş fırçalamadan sonra dil fırçalanmalıdır. Diş fırçası dilin arxa hissəsindən önə doğru basmadan süpürmək hərəkəti ilə edilməlidir.
Antiseptik qarqara spirtsiz olmalıdır.

Antiseptik qarqara yerinə duzlu su qarqarası istifadə edilə bilər. Duzlu su gargarasını təziqi yüksək və böyrək xəstələrinə məsləhət görülmür.


Tarix: 28.11.2012 / 20:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1549 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri