beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bunu hər gün edin, xoşbəxt olun!

Pedaqoq və Psixoloq Xanım Dəmirbaş, indiki vaxtda insanların böyük hissəsinin stress altında qaldıqları üçün xoşbəxt ola bilmədiklərini söylədi.

Günümüzün ən böyük probleminin infarmasiya bolluğu olduğunu deyən psixoloq, "Çoxumuz çox stressliyik. Stress altındaykən xoşbəxt olmaq çətin. Çünki stress altındaykən daha pis qərar verər və düşünürük. Bu vəziyyətdə də zehini durultmak lazımdır" bildirdi. İnsanların zehinlərini durultmak üçün dəyişik üsulların olduğuna diqqət çəkən psixoloq belə davam etdi:

"Genetik faktorlar xaricində, zehini, yaxşı yataraq, doğru qidalarla bəslənərək, idman, məşqlər edərək, konsentrasiya tələb edən hobbilərlə susdura bilərik. Həftədə 3 gün 45 dəqiqəlik piyada gəzin. Bu cür fəaliyyətlər beynimizdəki xoşbəxtlik hormonlarını ifraz edər. Hər gün mütləq əvvəl isti sonra soyuq suya keçişlərlə duş alın. Nəzəri olaraq şərhini edəcək olsaq insan zehinini və beynini ən çox təsir edən şey narahatlıq və hirsdir. İnsanın narahatlıq və hirsini çox sıx yaşaması gərgin, stressli, yorucu, darıxdırıcı bir həyat deməkdir. Edilən tibbi araşdırmalar tərəfindən stressli və gərgin bir həyatı olan insanların beyinlərində geri çevrilməsiz hüceyrə itkinlərinə səbəb olduğu müəyyən olunmuşdur. Belə insanların Psixoloji olaraq rahatlanılması təmin edilməlidir. Xoşbəxtlik varlığımızın əsas mənasıdır. Həyat məqsədimiz, xoşbəxtliyi gerçək bir hədəf olaraq görmək ona doğru müsbət addımlar atmamızdan qaynaqlanar."

Psixoloq Xanım Dəmirbaş, xoşbəxt olmanın hər keçən gün bir az daha çətinləşdiyini söylədi:

"Yoldaşlıq edəcəyiniz kəsləri yaxşı seçin. Xoşbəxtlik kimi bədbəxtlikdə yoluxucu. Qiymətli vaxtınızı xoşbəxt sevgi dolu, müsbət enerjili yaradıcı gülə biləcəyiniz və gülə bilən insanlarla keçirin. Ciddi ilişməyin, yumorla maraqlanın, içinizdə ki təbii səsə qulaq asın, komediya seriallarını izləyin."

Tanınmış psixoloq sevgilisindən ayrılanların, eşq ağrısı çəkənlərin bu əzablı hissi necə unutmaq qaydaları haqda da danışdı. Amma bu xəbəri ayrıca sabah azadqadin.az-da oxuya bilərsiniz.


Tarix: 26.11.2012 / 19:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 2655 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri