beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dodaq boyası alarkən nəyə diqqət yetirmək lazımdır?

Dodaq nə qədər sağlam və hamar olsa da XXI əsrin qadınları onu boyasız təsəvvür edə bilmirlər.
Bəs boya alarkən nəyə diqqət yetirmək lazımdır ki, dodaq həm gözəl görünsün, həm də zədələnməsin?



İlk öncə boyanın tərkibinə nəzər salın, içində mütləq “A” və “B” vitaminləri olmalıdır, əks halda dəriniz codlaşacaq. Keyfiyyətli boya dodaqdan kənara yayılmır, ucunda ağ ləkələr qoymur, 1 saat ərsində solmur və dəridə çatlar əmələ gətirmir. Kataloqdan rəng seçərkən əvvəlcə testerdən istifadə edin, çünki adətən şəkildə çalarlar dəyişir. Keyfiyyətli boyanın istifadə müddəti 1 ildən çox olur. Adətən xanımlar düşünürlər ki, dodaq boyasından istifadə etməyi yaxşı bacarırlar, amma yaxşı hələ düzgün demək deyil. Odur ki, diqqətli olun.



Əgər siz parıltılı dodaq boyasına üstünlük verənsinizsə, o zaman əvvəl dodaqlarınızın kənarlarına qələm çəkin, yoxsa boya yayıla bilər. Dodaq boyasının uzun müddət qalmasını istəyirsinizsə, əvvəl boyanı çəkin sonra bir hissəsini quru salfetlə silib üstündən kirşan və ya bir az tonal krem vurub yenə də eyni boyanı çəkin. Beləliklə dodaqlarınız həm cazıbədar, həm də təravətli olacaq.



Pomada haqqında 3 fakt:

1) Pomadanı ilk dəfə Fransa kraliçası Yekaterina Mediçi öz laboratoriyasında istehsal edib.

2) XIX əsrdə bəzi yerlərdə pomadadan yalnız əxlaqsız qadınlar istifadə edib.

3) Fransada pomadanı qadınlarla yanaşı kişilər də çəkib.

4) Kişilər il ərzində 3 kq dan çox pomada yeyirlər.


Tarix: 25.11.2012 / 15:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1170 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri