beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaq pudrası ilə gözəlləşməyin ipucları
Uşaq pudrası ilə gözəlləşməyin ipucları

1.Makyajınızı möhkəmləndirə bilərsiniz
Makiyajı tamamladıqdan sonra kiçik bir fırçanın köməyilə üzünüzə uşaq pudrası çəkin. Bu həm makiyajın daha qalıcı olmasına kömək edəcək, həm də üzünüzün yağdan parıldamasının qarşısını alacaq. Ancaq pudradan az istifadə etməyə çalışın.

2.Kirpikləri daha həcmli göstərə bilərsiniz
Tuşunuzu çəkmədən öncə kirpiklərinizə bir az uşaq pudrası çəkin. Bu kirpiklərin daha həcmli görünməsini təmin edəcək.

3.Saçınızı yağdan xilas edin
Saçlarınızın yağlı görünməsi sizi narahat edirsə, uşaq pudrasından istifadə etməlisiniz. Yağların əmilməsi üçün saç dibinə bir miqdar uşaq pudrası sərpə bilərsiniz.

4.Dərini gözəlləşdirmək üçün
Tükləri təmizlədikdən sonra dərinizə uşaq pudrası çəkə bilərsiniz. Beləliklə, həm dərinin qızarmasının, həm də tüklərin dəriyə batmasının qarşısını almaq mümkündür.

5.İdmandan öncə istifadə edin
İdmandan öncə uşaq pudrasını dizlərinizə və yaralanma ehtimalı olan digər bölgələrə çəkin. Beləliklə, yıxılıb yaralansanız belə öncədən çəkdiyiniz pudra sayəsində bədəninizi mikroblardan qorumuş olacaqsınız.

6.Ayaqqabıya səpin
Ayağınızı sıxan ayaqqabının içinə bir miqdar uşaq pudrası tökün. Bu həm ayaqlarda döyənək yaranmasının qarşısını alacaq, həm də ayaq qoxusundan xilas edəcək.

7. Təbii antipersparant
Uşaq pudrasından antiperspirant kimi də istifadə edə bilərsiniz. Qoltuq altındakı nəm və qoxudan xilas olmaq üçün uşaq pudrası çəkin.


Tarix: 16.04.2015 / 13:44 Müəllif: Aziza Baxılıb: 317 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri