beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Manikürün sirləri

Bir qadının əlləri ən dəyər verdiyi yerlərindəndir. Əllərinizi gözəl və cazibədar edən manikürün sirlərini bilirsinizmi?

Lakınızı çəkmədən əvvəl dırnaq səthinin təmiz olmasına diqqət yetirin. Dırnağınızın üzərindəki təbii və ya xarici maddələr, lakınızın pozulub, soyulmasına səbəb ola bilər.

Dırnaqlarınıza,pilka ilə istədiyiniz forma verdikdən sonra dırnaq üzərindəki əyrilikləri yox edib dırnağı parladan xüsusi pilkalar istifadə edərək möcüzə görünən dırnaqlara sahib ola bilərsiniz.







Dırnaq dibi ətlərini əsla kəsməyin. Dırnaq diblərinə sürəcəyiniz bir kütikül aradan qaldırıcı krem, dırnaq dibini təmir edərək ətlərin düz görünməsinə köməkçi olarkən, manikürünüzün də daha uzun müddət olmasını təmin edər.

Dırnaqlarınıza cila sürmədən bir qat qoruyucu çəkin. Beləcə həm cilanın dırnaq üzərində balanslı bir şəkildə yayılması üçün düz bir səth meydana gətirər, həm də dırnaq cilanızın daha uzun müddət dözməsini təmin edə bilərsiniz.






Lakınızı mütləq iki qat çəkin Tək qat lak, asanca pozulub dağılar. Əgər lakın rəngini tək qat olaraq bəyənirsinizsə; lakı tətbiq etdikdən sonra üzərinə son qat qoruyucu tətbiq edə bilərsiniz.

Lakı dibdən uca doğru tək hərəkətdə sürməyə cəhd göstərin. İkinci qat lakı tətbiqdən əvvəl, ilk qatın qurumasını gözləyin. Beləcə, lakın həm daha düz görünməsini, həm də daha uzun müddət davamılı olmasını təmin edərsiniz.

Dırnaqlarınıza lakdan sonra bir qat da qoruyucu çəkin. Beləcə dırnaqlarınız daha parlaq görünəcək və cilanız daha qalıcı olacaq.

Ev işində əlcək geyməyə diqqət edin Su və yuyucu həm əllərinizin qurumasına həm də lakınızın pozulmasına gətirib çıxarar.

Əllərinizə və dırnaqlarınızı kremlemeyi laqeyd yanaşmayın. Xüsusilə, çölə çıxmadan əvvəl əllərimizə ən az 15 qoruma faktorlu bir krem çəkin. Yaşlanmanın təsirlərini yüngülləşdirmək üçün isə retinol ehtiva edən əl kremləri istifadə edə bilərsiniz.


Tarix: 23.06.2013 / 16:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 122 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri