beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nikol Kidman gəncliyinin sirri

Bir çox qadınlar öz gəncliklərinin uzun sürməsi üçün hər şeyə hazır olurlar.
Xüsusilə bu mövzu ulduz xanımlar üçün daha aktualdır,çünki daima diqqət mərkəzindədirlər,obyektivlər,fotoqraflar,kinokameralar və.s
Yaxın günlərdə Nikol Kidman gənc qalmasının sirlərini açıqladı.42 yaşlı aktrisa ana olmasına baxmayaraq hələ də gənc və gözəl görünür.
Bir çoxları hesab edirlər ki,o da digər ulduzlar kimi botoks estetik əməliyyatı keçirmişdir.
Amma Nikol suallara cavabında "Bu belə deyildir,məndə hər şey təbiidir" deyə bildirmişdir.
Sən demə Nikolun gənc qalmasının sirri bol su içməsi,müxtəlif meyvələr yeməsi və yoqa ilə məşğul olmasıdır.
Nikol həm də etiraf etdi ki,gəncləşdirici üz kremlərindən də istifadə edir,amma təbii olan kremlərə üstünlük verir.
Nikolun estetik əməliyyata ehtiyacı olmayan bir gənc görünmə hiyləsi də vardır.Bu Croydon Facelift adlanır.(Saçlar başın yuxarısında dartınaraq toplanır və üzdəki qırışlar görünməz olur)


Tarix: 25.11.2014 / 16:55 Müəllif: Aziza Baxılıb: 183 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri