beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarın əridən qidalar

Əyilib qalxarkən, sağa-sola dönərkən sizi narahat edən göbəyinizdən xilas olmaq istəyirsinizsə; göbək əridən qidaları gündəlik qida rasionunuza daxil edin!

Alma
Bir ingilis atalar sözündə "Gündə bir alma yeyən həkimə getməz." deyir. Alma, bir çox faydasının yanında, göbək yağının daha sürətli əridilməsində də iştirak edir. Braziliyada edilən bir təcrübədə, pəhriz edən iki qrup yaradılmışdır. Hər gün üç alma yemək məcburiliyi olan qrupda, digər qrupa nisbətlə daha çox miqdarda göbək yağı yandırıldığı ortaya çıxmışdır.

Pomidor
Böyük bir pomidorun 30-40 kalori daşıması bir yana; edilən bir araşdırma, pomidorun içindəki bir maddənin lipid hüceyrələr tərəfindən yığılmasını önlədiyini ortaya çıxarmışdır. Yağ turşularının qandakı sərbəst halı olan lipidlər, hüceyrələr tərəfindən artaraq, ya da damarlarda yığılaraq kilo almağa və ürək damar xəstəliklərinə səbəb ola bilir.

Banan
Sağlam bir qəlyanaltı olmasının yanında banan, eynilə alma kimi, özündə "pektin" maddəsini ehtiva edir. Bu maddə bağırsaq xərçəngi kimi xəstəlikləri önləməyə köməkçi olur. Ayrıca bananda A, C, E vitaminləri, maqnezium və kalium kimi minerallar da var.

Dəniz məhsulları
Dəniz məhsullarının böyük qisimində, insan bədəninə faydalı olan çoxlu doymamış yağlar vardır. Nizamlı olaraq dəniz məhsulları ilə qidalanmaq, sağlam həyatı təmin etməklə yanaşı, gələcəkdə yaşana biləcək sağlamlıq problemləri riskini də aşağı salır.

Kərəviz
Kərəviz, cəmisi 8 kalori olması və bol miqdarda lif ehtiva etməsi səbəbiylə, mənfi kalorili bir yemək olaraq qəbul edilir. Yəni bədənimizə verdiyi enerji, bədənimizin onu həzm üçün xərclədiyindən daha azdır. Ehtiva etdiyi vitamin, mineral və lif sayəsində də kərəviz, çox sağlam və faydalı bir qidadır.

Süd məhsulları
Süd məhsulları da özlərində yüksək miqdarda zülal və faydalı yağlar ehtiva edir. Üstəlik bolca da kalsiuma sahibdirlər. Kalsium əksikliyinin də yağ yandırma müddətini çətinləşdirdiyi artıq bilinən bir həqiqətdir.

Yumurta
Yumurta yemənin faydalı, yoxsa zərərli olduğu tez-tez müzakirə edilən bir mövzudur. Ancaq gerçək bu ki yumurta, az qala bütün vitaminləri özündə ehtiva edir. Bədənimiz üçün lazımlı olan yaxşı xolestrol də ehtiva edir və zəngin bir zülal qaynağıdır. Bütün bu xüsusiyyətləri sayəsində yumurta, qarın bölgəsində olan yağın yandırılmasını və maddələr mübadiləsi sürətinin artmasını təmin edə bilir. Lakin miqdarında istifadə edilməlidir ki, allergik reaksiyalara səbəb olmasın.


Tarix: 25.11.2014 / 12:02 Müəllif: Aziza Baxılıb: 80 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri