beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Piyləri əridib qarnı düzləşdirən pəhriz

Hər səhər paltar geyinəndə qarnınıza baxıb "Bunu necə düzləşdirə bilərəm?" sualı ilə qarşılaşırsınızsa, elə indidən pəhrizə başlayın. Narahat olmayın, bu pəhriz sizi acından öldürməyəcək. Əksinə, menyuda doyumlu və dadlı yeməklər var. Bu pəhrizlə qarnınızı daha tez düzləşdirəcəksiniz.

Səhər yeməyi - Qoz və dağ meyvələri ilə yulaf
5 yemək qaşığı yulafı (1 stəkan yağsız süddə bişirdikdən sonra) 2 yemək qaşığı doğranmış Pekan qozu
yarım stəkan qarağat yarım stəkan moruqla qarışdır.

Yulafın tərkibindəki liflər həll olunur və sizi uzun müddət tox saxlayır, günorta yeməyinin vaxtı çatana qədər aclıqdan əsər-əlamət hiss etməyəcəksiniz.
Ümumi 351 kalori

Saat 12
1 ədəd banan 2 çay qaşığı əzilmiş fıstıq
Təbii fıstıq tozu zəngin yağlarla bol olduğu üçün doyurucudur. Həm də protein baxımdan olduqca faydalıdır. Bundan savayı yeməkdən əvvəl qəbul edilən çərəzlər gün ərzində daha az kalori almağa kömək edir. Toxluq hiss verdiyi üçün gec acırıq. Amma çərəzlərin də həddini aşmaq olmaz.
Ümumi 167 kalori

Hindli pita
hinduşka, yaxud 4 toyuq filesi
1 çay qaşığı xardal
60 qram ispanaq
4 kiçik pomidor dilimi
1 kiçik dilim kəpəkli pəhriz çörəyi

Qarnir
250 qram doğranmış kahı
150 qram xiyar
125 qam doğranmış qırmızı bibər
125 qram doğranmış ağ kələm
1 çay qaşığı zeytun yağı, 1 xörək qaşığı limon suyu

Hər gün eyni salatı yemək istəmirsinizsə, tərkibindəki tərəzəvləri dəyişdirə bilərsiniz.
Kahı, göbələk, reyhan və başqa bitkilərlə əvəz edə bilərsiniz.
Ümumi 150 kalori

Şirniyyat
125 qram çiyələk
Üstünə darçın səpilmiş 185 yağsız südlə hazırlanmış latte və iki dilim tünd şokolad. Yağsız süd pəhriz saxlayanların ən yaxın dostudur. Bunun səbəbi isə kalorisinin az olması deyil. Araşdırmalar göstərir ki, gün ərzində 2 porsiya süd və süd məhsulları qəbul etməklə daha tez arıqlamaq olar.

Ümumi 167 kalori
Axşam yeməyi - Toyuq çığırtması
120 qram doğranmış toyuq
120 qram hazır pomidor sousu
240 qram ispanaq (1 çay qaşığı zeytun yağında az bişmiş)
120 qram kəpəkli pəhriz çörəyi
1½ yemək qaşığı rəndələnmiş pendir
İspanağın tərkibində lipoik turşusu var. Bu da enerji səviyyəsini artırır, eyni zamanda qan şəkərini normaya salır.
Ümumi 437 kalori


Tarix: 25.11.2014 / 11:11 Müəllif: Aziza Baxılıb: 97 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri