beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sağlam dırnaqlar üçün 5 məsləhət

Dırnaqları möhkəmləndirmək və daha da gözəl etmək üçün mütəxəssislərin 5 dəyərli məsləhətinə əməl edin.

1.Bitki yağına bir neçə damcı limon şirəsi əlavə edin.

Hər gecə yatmazdan qabaq dırnaqları bu yağlı-limonlu maskada bir qədər saxlayın. Bu maskanın təsirini daha tez hiss etmək istəyirsinizsə, əllərinizi yumayın, sadəcə dəsmalla silin. Pambıq əlcək geyinib yatmaq maskanın effektini bir neçə dəfə artırır.

2.Limon qabığı ilə masaj.

Yumşaq hərəkətlərlə limon qabığı ilə dırnaqları masaj edin. Bacardığınız qədər masajın müddətini uzadın. Daha sonra əllərə nəmləndirici krem sürtün. Yavaş-yavaş və mütəmadi edilən masaj barmaqlarda qan dövranını sürətləndirir. Dırnaq özülünün qanla təminatını yaxşılaşdırır.

3. Jelatin.

Jelatin dırnaqları möhkəmləndirə və onların uzanmasını stimullaşdırmaq xüsusiyyətinə malikdir. Jelatini qidaya, xüsusilə, şirniyyat məmulatlarına əlavə etmək olar. Tibbi jelatini isə gündə 5 qram qəbul etmək mümkündür.

4. Düzgün qidalanma

Rasionu kasium ilə zənginləşdirin. Menyunuza badam, əncir, xurma, süd məhsulları (süd, yoqurt, kəsmik) daxil edin. Portağal, kök və çuğundurdan şirə çəkib için.

5. Hind resepti- avokado çəyirdəyi ilə masaj

Çəyirdəyi ovcunu içində, dırnaqların özülü hissəsində müxtəlif istiqamətlərdə diyirlədin. Əgər çəyirdəyin üzərində meyvədən qırıntılar qalıbsa, çox yaxşıdır. Çünki avokado vitaminlə zəngin olduğundan dərini qıdalandırır.


Tarix: 24.11.2014 / 17:53 Müəllif: Aziza Baxılıb: 56 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri