beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Evdə hazırlanan möcüzəli bədən skrabları - Reseptlər

Tərkibində kimyəvi maddə olan skrablara pul tökmək əvəzinə evdə özünüzü skrab hazırlaya bilərsiniz.

Sun.az Sizlər üçün ən yaxşı skrab reseptlərini toplayıb:

Şəkərli skrab

Gündəlik istifadə etdiyiniz bədən nəmləndirici kremindən 2 ovuc götürüb bir şüşə qaba tökün. Üzərinə 2 qaşıq qəhvəyi şəkər tozu əlavə edib, qarışdırın. Yuyunduqdan sonra təmiz bədəndə bu kütləni çəkib, ovalayın. Daha sonra ilıq su ilə durulanın. Dərinizdəki ölü hüceyrələrdən xilas olduğunuzu hiss edəcəksiniz.

Qəhvəli skrab

Qəhvənin dənələri skrab hazırlamaq üçün çox uyğundur. Təmiz dərini qəhvə ilə masaj edin və daha sonra soyuq su ilə yuyunun. Xüsusilə, sellülitli bölgələri qəhvə ilə masaj etdikdə portağal qabığı görüntüsü azalır.

Türk qəhvəsindən hazırlanan skrab

Qəhvəni içdikdən sonra fincanın dibindəki çöküntünü saxlayın və təmiz dəriyə çəkin. 5 dəqiqə masaj edin və ilıq su ilə yuyunun. Dəriniz daha parlaq görünəcək və özünüzü möhtəşəm hiss edəcəksiniz.

Bananlı skrab

Bu, quru dərili xanımlar üçün ən yaxşı skrab reseptidir. 1 bananı əzin və üzərinə 3 qaşık qəhvəyi şəkər, 1 qaşıq da badam yağı əlavə edin. Fırçanın köməyi ilə bədəninizə çəkin. Bu qarışımı 10 dəqiqə fırça ilə dəriyə yedizdirin. Daha sonra ilıq su ilə yuyunun. Yumuşaq dəriyə sahib olmaq istəyirsinizsə, bunu həftədə 2 dəfə tətbiq edin.

Vitaminli skrab

Yay ayları üçün ən yaxşı skrab reseptlərindən biridir. Məsamələri sıxlaşdırır və dərini canlandırır. Bunun üçün 1 limonun və 1 portağalın qabığını rəndələyin, üzərinə 1 qaşıq dəniz duzu və 1 qaşıq uşaq yağı əlavə edin. Bu skrabı təmiz dəriyə çəkin. Çox saxlamayın, 1 dəqiqə sonra ilıq suyla yuyunun. Bu reseptfən həftədə 2 dəfə istifadə etməyiniz məsləhət görülür.


Tarix: 24.11.2014 / 17:39 Müəllif: Aziza Baxılıb: 64 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri