Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Geceler makiyaja Yooox deyek

Mütəxəssislər əsla makiyajı təmizləmədən yatmayın deyə xüsusilə xəbərdar edir, xanımlar. Bəzən gec vaxtda döndüyümüzə görə özümüzü birdən yatağa atmaq yatmaq istəyirik.Bəs üzdəki makiyaj nə olacaq?

Cəzasını sonradan ağır şəkildə ödəmək istəmirsinizsı mütləq makiyaj təmizliyinə lazım olan əhəmiyyəti və incəliyi göstərməniz lazımdır.. baxaq bu incəliklər nələrmiş..

Gündüzləri gözəl kirpiklər üçün tuşlar hamımızın xoşuna gəlsə də gecələri onu təmizləmək çətin olur. Göz ətrafını təmizləmək üçün göz makiyajı təmizləmə losyonu istifadə edin. Əvvəl losyonu dairəvi hərəkətlərlə gözqapaqlarınıza sürün, sonra pambığın köməyiylə silin. Kirpiklərdən tuşu təmizləmək üçün bir pambığa təmizləmə südü tökün. Bağlı gözünüzün üstünə qoyun və yuxarıdan aşağıya doğru silin. Təmizləmə südünü qulaq çubuğuna damladın və kirpiklərinizin diblərini təmizləyin. Son olaraq bütün göz bölgəsini yumşaq bir dəsmalla yüngülcə basdıraraq qurulayın.

Makiyajını sildikdən sonra dərisi qaşınanların və ya gözü qızaranların, mikrolifli təmizləmə dəsmalları istifadə etməsi yaxşı bir seçim olacaq. Yalnız suyla nəmləndirdiyiniz dəsmalı üzünüzə sürün. Bu şəkildə həm dərini təmizləmiş, həm ölü dəridən təmizləmiş olarsınız.

Təmizləmənin ən dərin şəkli peelingdir. Bunun üçün xüsusi bir məhsul istifadə etməniz lazımdır. İçində mikro dənələr olan bu kremlər, dərinin üstündəki ölü dəri parçalarını söküb atarlar. Qan dövranını sürətləndirərək, dərinin hamar və yumşaq olmasını təmin edərlər. Həftədə ən çox iki dəfə tətbiq oluna bilərlər. Ən uyğun olan həftədə 1 dəfə edilməsidir.

Quru cildlərin ən böyük köməkçisi badamyağıdır. Bir neçə damla badam yağını bir parça pambığa damladıb axşamları makiyaj təmizləmədə istifadə edə bilərsiniz. Makiyajı çıxarma və dərini təmizləmə baxımından olduqca idealdır.

Üzünüzü əsla gerçək sabunla yumayın. Yalnız Ph dəyəri dərinizlə uyğun olan sabunları istifadə edin.

Üzünü suyla təmizləyənlərdənsinizsə, çox isti su seçməyin. Bu dərinizi əvvəl qurudar, sonra çox yağ ifraz etməsinə səbəb olar. İlıq su ən ideal olanıdır. Hətta son durulamayı soyuq su ilə etsəniz, qan dövranınız hərəkətlənəcək.


Tarix: 27.06.2013 / 20:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 104 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...