beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zeytun yağlı sabunların faydaları nədir, bilirsinizmi?

Sabunun faydalarını hamımız bilirik. O, bizim həyatımda sağlamlığımız üçün çox vacibdir. Sabun təmizliyimiz üçün lazımdır. Gün ərzində əlimizi ən azı 10-15 dəfə sabunla yaxşıca yumalıyıq.
Bəs zeytun yağlı sabunların faydaları nədir, bilirsinizmi?
Bu sabundan bir çox xanımlarımız istifadə edir. İstifadə edən xanımlar yəqin ki,faydalarını görüblər. Yağ baxımından zəngin olan bu sabun E,D,K vitaminləri ilə zəngindir. Hamamda istifadə edilən zeytun yağlı sabun bədən,üz və saç təmizliyində rahatlıqla istifadə edəcəyiniz bir sabundır.
Zeytun yağlı sabunlar saç köklərini bəsləyir və qüvvətləndirir. Düzgün istifadə etsəniz, dərinizi gözəlləşdirir. Saçlarınızı yumşaldır və parlaqlıq verir. Quruyan dərinizi canlandırır. Kəpək və saç tökülməsinin qarşısını almaqda sizə kömək edəcək. Əllərinizi, üzünüzü və bədəninizi yuduqda dərinizi yeniləyir və gözəlləşdirir. Həssas və allergiyaya meylli dərisi olanlar da asanlıqla istifadə edə bilərlər. Heç bir əks təsiri yoxdur. Sızanaq kimi yaraların da tez sağalmasında böyük köməyi olur.


Tarix: 24.11.2014 / 17:03 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri