beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hər gün sirkədən istifadə etmək üçün 8 səbəb

Sirkə, yalnız şoraba, salat üçün sous deyil! Sirkənin dərinizə, saçınıza, evinizə qədər bir çox mövzuda faydası olduğunu bilirdinizmi? Əlavə olaraq Miranda Kerr və Megan Fox kimi gözəllikləriylə göz qamaşdıran məşhurlar, sirkə suyu içmə dəbi başlatdı. Həmişə göz qarşısında olan insanlar gözəlliklərinə və sağlamlıqlarına hər kəsdən çox əhəmiyyət verirlər. Biz də Qadın.az olaraq sizi, sirkənin gücünü kəşf etməyə çağırırıq.
Budur sirkənin sınanmış və nəticə alınmış 8 faydası ...

1. Sirkəni, saçınızı şampunladıqdan sonra durulama məqsədiylə istifadə edə bilərsiniz. Sirkə, saç köklərini gücləndirər və saçları parladar.

2. Təbii alma sirkəsi dərinin pH - balansını nizamlayar. Tonik yerinə təbii sirkəni sulandıraraq pambıq ilə üzünüzə tətbiq edin. Bunu gecələri üzünüzü yuduqdan sonra və səhər üzünüzə nəmləndirici çəkdikdən sonra edə bilərsiniz. Alma sirkəsini yüngül kompres olaraq tətbiqi, dəridəki yaşlanma ləkələrinin və sızanaq izlərinin keçməsinə kömək edər.

3. Dişlərinizin ağarması üçün alma sirkəsiylə dişlərinizi fırçalayın, ağızınızı suyla yaxalayın. Bəyazlaşmanın şahidi olacaqsınız.

4. Günəş yanıqlarının tez sağalmasına kömək edir.Bir fincan sirkəli suyu vannaya əlavə edərək və bu suyun içində 10 dəqiqəyə qədər qalmaq, günəş yanığının narahatlıq verən təsirini ortadan qaldırar.

5. Çəki idarəsi üçün təxminən yarım litr suya iki x.qaşığı alma sirkəsi əlavə etməlisiniz. Sirkəli suyu gün boyunca qurtumlayaraq için. Alma sirkəsi, gündəlik olaraq qəbul edildiyi zaman, sizi narahat edən kilolardan asanlıqla yaxa qurtara bilərsiniz.

6. Bədənin pH balansını tarazlaşdırmağa kömək edən alma sirkəsi, bədənin başdan ayağa zəhərdən təmizlənməsinə kömək edər. Araşdırmalar, ürək-damar sisteminə kömək etdiyini və qaraciyərin toksinlərdən təmizlənməsini təmin etdiyini göstərir.

7. Göyərtini yuduğumuz suya 2 x.qaşığı sirkə əlavə edib gözlətsəniz, 10 dəqiqədən sonra, göyərtilərdə heç bir torpaq izinə rast gəlməzsiniz.Və bu da rahat yumanı təmin edər.

8. Müxtəlif əşyaları təmizləyərkən sirkədən istifadə edərək, evdə və gündəlik həyatda təbii olmayan kimyəvi məhlulların istehlakını azaltmaq olar.. Alma sirkəsiylə tualetinizi və hamam otağınızı təmizləyərək ətrafa alma qoxusu yayılmasını təmin edə bilərsiniz. Sirkəni tualetə tökdükdən sonra bütün gecə qalmasına icazə verin. Sirkəni eyni zamanda qab-qacaq maşınında yuyucu yerinə istifadə edə bilərsiniz. Bir stəkan su ilə yarım stəkan sirkəni qarışdırıb və bu qarışıqdan mikrodalğalı soba, mətbəx səthləri, pəncərələr, güzgülər və daha bir çox yeri təmizləmək üçün istifadə edə bilərsiniz.

Unutmayın: Sirkənin daxilə qəbulu zamanı ehtiyatlı olmaq lazımdır. Əks göstərişlərin olmaması üçün öncədən tədbir görülməlidir.


Tarix: 22.11.2014 / 15:11 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri