beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saçların tez uzanması üçün nə etməli?

Sağlam saçlar uzun, möhkəm və ipək saçlar haqqında hər bir xanım xəyal edir. Bu heç də təəccüblü deyil, saç xanım gözəlliyinin ən öndə gedən atributudur.

Saç dəbi hər il dəyişilir, lakin uzun saçlar həmişə dəbdə qalır. Amma heçdə hər bir xanım öz güclü, uzun saçları ilə lovğalana bilmir.

Saçların süni uzadılması heç bir zaman insanın öz saçı kimi gözəl görsənə bilməz. Bu səbəbdəndir ki, xanımlar öz saçalrının tez bir zamanda uzanmasını istəyir.

Saçların uzanması nədən asılıdır?

Saçların uzanma xüsusiyyəti qenetik irsdən, həyat tərzindən, saç və dəri növündən, sağlamlıqdan və sair bu kimi ünsürlərdən asılıdır. Əgər siz daimi əsəbisiz, düzgün qidalanmırsınız isə, heç bir bahalı kosmetoloji vasitə sizə kömək olmayacaq.

Məlumdur ki, saçlar follikuldan (kökdən) uzanır – saç torbalarından, bu torbaların kimyəvi tarazlığından saçların parlaqlığı, onların sağlamlığı asılıdır.

Hər bir saç uzananda üç mərhələ keçir. Belə ki, ilk 2-5 il sürətli uzanma, ardınca 3 aya yaxın durğunluq və saç tökülərək yeni saçın bitməsinə prosesi yaranır. Bu proses hər bir insanda fərqli gedə bilər. İnsan yaşdaşdıqca onun saçları zəifləyir və uzanması ləngiyir.

Saçların uzanması üçün qidalanma və vitaminlər

Saçların tez bir zamanda uzanmasının şərti – onlara yaxşı qulluq edilməli, sağlamlığa fikir verilməli, qidalanma və follikulların stimulyasiyası yüksək səviyyədə olmalıdır. Hamısından əvvəl qidalanmadan başlamaq məsləhətdir. Əgər saçlar daxildən lazım olan hər bir vitamini əldə edə biləcəksə, onlar tez bir zamanda uzun, möhkəm və sağlam olacaqlar. Ən vacib vitaminlərə A, C, E, H, və B vitamin qrupları aiddir.

A Vitamini – balıq ciyəri, yumurta sarısı, kök, kərə yağı. Bütün qırmızı, sarı və yaşıl meyvə-tərəvəzdə bu vitamin bolluq təşkil edir. Sadaladıqlarımızı yaxşı olar ki, yağ ilə yeyəsiniz, çünki A vitamini yağda tez həzm olunur.

C Vitamini – qan dövranını yaxşılaşdırır, qan follikullara daxil olur, saç torbaları qidalanır. C vitaminini ən çox sitrus meyvələrindən, qara qarağatdan və bolqar bibərindən əldə etmək olar.

B qrup vitaminləri – saçların uzanmasına və gözəlləşməsinə kömək edən maddələr ilə zəngindir. Qara çörək, qoz, tum, yumurta, içalat, kök, noxud, lobya yeyin.

E vitamini – qoz, tum, bitki yağı

H vitamini (bibion) – düyü, qoz, paxlalılar

Bu vitaminləri dərman vasitəsi ilə də əldə emək olar. Lakin təbii yolla alınacaq vitaminləri heçnə əvəz edə bilməz. Həmçinin artıq vitamin, əksinə olaraq, saçların tökülməsinə yol aça bilər.

Vitaminlərdən başqa, saçlara sink, dəmir, kükürt, mis kimi maddələrdə tələb olunur. Ona görə bunların bol olduğu məhsullardan da isitifadə edin.

Sağlam saçSaçların ev şəraitində uzadılması vasitələri və maskaları

Ev şəraitində saç uzadılması üçün bir çox vasitələr vardır.

Yağ kokteyli – kokos yağı, zeytun yağı, gənəgərçək yağı. Bunları hər bir insan əldə edə bilər. Yağları qarışdırıb, biraz isidib saçların dibinə, yumazdan əvvəl sürtmək lazımdır. Saçların uzanması mütləq yaxşılaşacaq.

Pomidor - Pomidorun məti (ətli hissəsi) də həmçinin saçların uzanmasına yardımcıl ola bilir. Onu saçlarınızı yumazdan əvvəl saç dibinə yedirmək lazımdır. Cəfəri tumunun tozunu saçınızın dibinə həftədə 2-3 dəfə sürtsəz, xeyirli olar.

Xardal – xardaldan olan maskalar artıq neçə nəsildir ki, hamı tərəfindən istifadə olunur. Xardaldan saç üçün maskalar onlarcadır, istifadə edən xanımlar saçlarının 3 sm 1 ay ərzində uzandığını da qeyd edirlər. Xardalın istifadəsində diqqətli olmaq lazımdır ki, saç dibi qurumasın, saçqıran və kəpək yaranmasın. Xardalı saça kefir, xama, bitki və efir yağları ilə qarışım halında sürtmək lazımdır.

Xardal maskası biraz sızıltı hissi yaratmalıdır, bu zaman onun təsiri daha mükəmməl olacaq. Əgər sızıltı yox, yandırcı hiss varsa, maskanı dərhal yumaq lazımdır.


Maska
1 stəkan kefir
2 yumurta sarısı
1 stəkan quru xardal
Bunları yaxşıca qarışdırıb toz halına salmaq lazımdır. Qarışımı saç dibinə bir neçə dəqiqəlik sürtüb, başı bağlayın. Sonra qidalandırıcı şampunla saçınızı yuyun. Bu maskanı ən azı bir ay, həftədə bir dəfə eləmək məsləhət görülür.


Tarix: 22.11.2014 / 15:09 Müəllif: Aziza Baxılıb: 147 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri