beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saç qıranlı (haçalanmış) və zədələnmiş saçların bərpası üçün maska

Saç qıranlı (haçalanmış) və zədələnmiş saçların bərpası üçün maska

Tərkibi: 1 dəymiş banan, 2 xörək qaşığı duru bal, 2-3 damcı yağ halında A vitamini 2-3 damcı yağ halında E vitamini Hazırlanması: Bananı əzərək kaşa halına salırsınız. Balı isə yağ halında vitaminlərlə yaxşıca qarışdırın. Sonra isə maskanın bütün inqredientlərini bir yerə qatın. Alınmış maskanı təmiz və bir az da nəmli saçlara çəkin. Əgər saçınızın dibi yağlıdırsa, maskanı saçınızın dibinə çəkmək tövsiyə olunmur. Maskanı saçda 30 dəqiə saxlamaq lazımdır. İstəsəniz saçınızı polietilen plyonka və üzərindən dəsmalla bağlayaraq masknın effektini daha da artıra bilərsiniz. Saçlarınızı isti su və şampunla yaxşıca 2 dəfə yuyun və quru saçlar üçün şampundan istifadə edin. Ay ərzində bu maskanı 3-4 dəfə etmək olar. Ümumilikdə götürdükdə, saç qıranlardan qurtulmanın ən əsas yolu hər ay saç uclarından 1 sm kəsdirməkdir.


Tarix: 04.07.2013 / 20:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 176 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri