beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saç boyaları və ondan yaranan xəstəliklər

Yeyib-içdiklərimizin tərkibini düşünsək də, boya, krem və parfümeriyaların, o cümlədən saç boyasının içində nə olduğuna fikir vermirik. Saç boyalarında istifadə edilən kimyəvi maddələrdən 22-si Avropa ölkələrində qadağan olunmuşdur. Bəs görəsən bu hal digər ölkələrdə necədir? Saçlara qulluq etmək və daha da gözəl görünmək istəyənlər görəsən hansı problemlərlə üzləşə bilər. Aşağıda buna dair bəzi msələhətləq qeyd olunmuşdur.

Saçı əmələ gətirən 5 əsas element var:
1. 83-87% protein.
2. 3% nəm.
3. Duz.
4. Şəkər.

5. Yağ turşusu.

Saç canlı bir orqanizm olmadığı üçün bu elementlər həmişə qorunmalıdır. Çalışın təbii boya olaraq saçınıza həmişə həna qoyun. Çünki həna saçı həm qüvvətləndirir, həm də canlılıq verir.Saç boyaları xərçəng xəstəliyinə səbəb olurmu? Yeyib-içdiklərimizin tərkibini düşünsək də, boya, krem və parfümeriyaların, o cümlədən saç boyasının içində nə olduğuna fikir vermirik. Saç boyanarkən saçın təmiz, yaxud çirkli olması vacib deyil. Lakin boyamadan öncə saçınızda jele, biryantin kimi saçşəkilləndirici varsa, təmizləyin. Çünki belə maddələr boyanın saça kifayət qədər nüfuz etməsinə mane olur. Saç boyasını vurmazdan əvvəl saçın diblərinə nəmləndirici krem vursanız, sonradan boyanı nəmli pambıqla dəridən təmizləmək asanlaşır.




Saçınızı boyayarkən bunlara diqqət edin:

- Öncə boyanın istifadə qaydasını oxuyun;
- Köhnə paltar geyinin;
- Saçınızın ətrafındakı dərinin ləkələnməməsi üçün bir az vazelin vurun, elə edin ki, saça bulaşmasın;
- Boyanı vurarkən mütləq əlcək geyin;
- Saçları bölərkən və boyanı yayarkən genişağızlı daraqdan istifadə edin;
- Dəriyə bulaşan boyanı yaş dəsmal, şampunlu və ya dəri təmizləyən pambıqla silin;

- Rəngin tutması üçün vaxta düzgün əməl edin.


Tarix: 04.07.2013 / 19:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 78 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri